Oğuzda təqaüdə çıxan müəllimlərlə görüş olub

Oğuzda təqaüdə çıxan müəllimlərlə görüş olub

 ATİAHİ Oğuz rayon komitəsində yaş həddi ilə əlaqədar təqaüdə çıxan təhsil işçiləri ilə görüş keçirilib.Görüşdə rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, sektorun əməkdaşları və dəvət olunmuş təhsil işçiləri iştirak ediblər.Sərdar Nəbiyev görüşdə iştirak edən müəllimləri salamlayaraq onların uzunmüddətli və səmərəli fəaliyyəti haqqında fikirlərini bölüşüb, müəllim peşəsinə verilən dəyərdən, bu şərəfli peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisində, gənclərin formalaşmasında rolundan danışıb.Fərman İbrahimov isə çıxışında təhsil sahəsinin inkişafında müəllimlərin əməyinin qiymətləndirilməsindən və dövlətimizin onlara qayğısından söz açıb, təbriklərini səsləndirib.Sonda rayon komitəsi tərəfindən 65 yaşı tamam olan müəllimlərə hədiyyələr verilib. 438095776_1841894739625995_6526823199463279597_n.jpg 77.33 KB438695902_1841897869625682_8036950627143573270_n.jpg 482.51 KB437851345_1841897819625687_6608672525887473205_n.jpg 411.41 KB438059225_1841896602959142_2549904658803341896_n.jpg 73.6 KB438814376_1841897732959029_4090120625814585_n.jpg 427.6 KB437944982_1841897682959034_2854534025280662501_n.jpg 405.86 KB437852062_1841897642959038_7041764944449988545_n.jpg 535.28 KB437944983_1841897592959043_5283074592509086157_n.jpg 439.14 KB437859047_1841897549625714_924706100125399577_n.jpg 526.79 KB437521996_1841896192959183_3114605709034528926_n.jpg 76.84 KB437923172_1841897326292403_72968354768225301_n.jpg 536.31 KB437908997_1841897289625740_8293945672939388298_n.jpg 489.94 KB438706814_1841897252959077_7895944911392134990_n.jpg 509.65 KB438737638_1841897212959081_1869338987328651492_n.jpg 459.49 KB438721578_1841896949625774_7606202670209685575_n.jpg 441.53 KB438099924_1841895319625937_2800002039135402911_n.jpg 73.8 KB437516408_1841894369626032_3013299888707598473_n.jpg 90.83 KB

29.04.2024

 Oğuzda iftat süfrəsi açılıb

Oğuzda iftat süfrəsi açılıb

ATİAHİ Oğuz rayon komitəsinin təşkilatçılığı ilə Ramazan ayında iftar süfrəsi təşkil olunub. Tədbirdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini əvəzi Ayaz Ağayev, Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, həmçinin şəhid ailələri və təhsil işçiləri iştirak ediblər.Çıxış edənlər qeyd edib ki, Ramazan bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir. İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirmiş Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə bu bayramı özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Bildirilib ki, bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir. Müxtəlif dini konfessiyaların nümayəndələri də bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir.Vurğulanıb ki, hər il ölkəmizdə rəsmi şəkildə qeyd edilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır.Sonra iftar süfrəsində “Qurani-Kərim”dən ayələr, şəhidlərin ruhuna dualar oxunub, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səslənib. 

29.04.2024

Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət olunub

Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət olunub

  Novruz bayramı münasibətilə ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov və rayon Təhsil sektorunun əməkdaşları şəhid ailələrini ziyarət ediblər.Şəhidlərin - Rəvan Lətifov, Anar Əliyev, Nail Abbaslı, Şahin Cəfərov və Elman Babayevin ailəsinə baş çəkən ziyarətçilər onları təbrik edib, bayram sovqatları çatdırıblar.Görüşlərdə şəhidlərimizin əziz xatirəsi yad edilib, onların qəhrəmanlıqlarından danışılıb. Qeyd olunub ki, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur. Şəhidlərimizin ailə üzvləri onlara göstərilən hərtərəfli dəstəkdən və ali münasibətdən razılıqlarını ifadə ediblər. 431963645_961534939313051_7968091562837904082_n (1).jpg 216.21 KB432373188_961534872646391_9195586360493970485_n.jpg 190.83 KB432480854_961534909313054_2177324662331686915_n (1).jpg 176.44 KB432441079_961534605979751_2623485314712668191_n.jpg 248.99 KB

27.03.2024

Oğuzda Vətən Müharibəsi Qəhrəmanı şəhid Nail İbrahimlinin əziz xatirəsi anılıb

Oğuzda Vətən Müharibəsi Qəhrəmanı şəhid Nail İbrahimlinin əziz xatirəsi anılıb

Martın 1-də Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin doğum günü ilə əlaqədar əziz xatirəsi dərin ehtiramla yad edilib.Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov və sektorun əməkdaşları qəhrəmanımızın məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.Sonra onlar şəhidin ailəsinə baş çəkiblər. Atası Nəriman, anası Aqibət xanım qəhrəmanımızın şərəfli həyat yolundan, Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışıblar. Vurğulanıb ki, Nail qısa ömür yaşasa da, Vətənə olan borcunu öz canı ilə ödədi və gələcək nəsillərə böyük örnək oldu. Valideynlər həm şəhidmizə, həm də onlara olan diqqətdən razılıqlarını bildiriblər.Qeyd edək ki, Sərhəd Qoşunlarının kiçik giziri olan Nail İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub və Oğuz rayonunun Xaçmaz kəndində dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Nail İbrahimliyə Vətən Müharibəsi Qəhrəmanı adı verilib.O həmçinin "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.430228378_425753013291926_1235933356261942917_n.jpg 215.41 KB423328113_425748003292427_8650901819321366977_n.jpg 376.72 KB

06.03.2024

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, idman yarışlarını təşkil etməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram göstərmək, xalqımızın milli sərvəti olan Ulu Öndərin zəngin və çoxşaxəli irsini örənmək və təbliğ etməkdir: “Bu tədbirlər həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri tərəfindən böyük həvəslə qarşılanıb. Bu idman tədbirlərində mindən çox müəllim və yüzlərlə tələbə çıxış edib. Azərbaycanda idman sahəsində əldə olunan uğurların bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır. Hələ Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən  idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş, 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq- gənclər idman məktəbi fəaliyyət göstərirdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi”.Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu strategiya bu gün uğurla davam etdirilir: “Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir və olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də həmkarlar təşkilatı hər zaman olaraq bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr, müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik”.Sonra mükafatlandırma mərasiminə başlanılıb. Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.1-1.jpg 137.44 KB6 (1).jpg 152.75 KB5.jpg 222.23 KB4-1 (1).jpg 174.7 KB3-1.jpg 438.72 KB2-1.jpg 137.67 KB

15.01.2024

Oğuz rayonunda şəhid övladının doğum günü qeyd edilib

Oğuz rayonunda şəhid övladının doğum günü qeyd edilib

Qırx dörd günlük Vətən müharibəsində şəhid olmuş Oğuz rayonundan olan müəllim Rəvan Lətifovun oğlu Ömürün dekabrın 29-da 4 yaşı tamam olub.Bu münasibətlə ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, komitənin əməkdaşı Sevinc Məsimova, rayon Təhsil sektorunun əməkdaşları - Etiram Qəhrəmanov və Həqiqət Rəsulova şəhidin ailəsin ziyarət ediblər. Ömürə ad günü hədiyyələri verilib, təbriklər səslənib. Həmçinin şəhid müəllimin məzarı üstünə gedən iştirakçılar ruhuna dualar oxuyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər. 412981804_389820180218543_4673083600181121682_n.jpg 130.11 KB

09.01.2024

Oğuzda Vətən müharibəsi şəhidi  Rəvan Lətifov anılıb

Oğuzda Vətən müharibəsi şəhidi Rəvan Lətifov anılıb

Oğuz rayonunun Sincan kənd tam orta məktəbində sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini işləmiş Vətən müharibəsi şəhidi Rəvan Lətifov anılıb.ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov və Təhsil sektorunun əməkdaşları şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.Eyni zamanda məzunu olduğu Xaçmaz kənd 2 nömrəli və çalışdığı Sincan kənd tam orta məktəblərin müəllim və şagird kollektivi şəhidimizin məzarını ziyarət ediblər. Şagirdlər onun məzarı önündə vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. 0bdf97e9-0e69-47a4-aac2-1c17e95aaef1.jpg 654.96 KB1e155ef3-aac1-4b53-8301-272ac94e5866.jpg 203.26 KB

23.11.2023

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

Noyabrın 16-da 2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) təşkil olunan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Sədr Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edib. Qeyd edib ki, ATİAHİ RK tərəfindən bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür. Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, hər il Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur.Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (65 nəfər) ATİAHİ RK-nın adlı təqaüdü təqdim edilib.Məlumat üçün qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ RK-nın adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2849 nəfər tələbə bu təqaüddən yararlanıb.1-7.jpg 99.43 KB2-5 (1).jpg 151.12 KB7-2.jpg 157.91 KB6-4.jpg 159.07 KB5-5 (1).jpg 150.4 KB4-7.jpg 143.44 KB3-5 (1).jpg 153.55 KB

17.11.2023

Oğuzda “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib

Oğuzda “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib

ATİAHİ Oğuz rayon komitəsinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir təşkil olunub.Tədbirdə şəhid ailələri, müharibə iştirakçıları, qazilər, həmçinin YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov iştirak ediblər.Öncə rayon ərazisindəki Şəhidlər xiyabanı ziyarət olunub.Tədbir şəhidlərimizin əziz xatirəsinin yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Oğuz rayon komitəsin sədri Fərman İbrahimov çıxışında 44 gün davam edən hərbi əməliyyatlardan, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından, Ordumuzun döyüş taktikasından danışıb, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən söz açıb.YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifəsidir, çünki 200 illik münaqişəyə, 30 illik müharibəyə cəmi 44 günə son qoyuldu, beynəlxalq təşkilatların, böyük dövlətlərin həll edə bilmədiyi təcavüz siyasətini Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu uğurla aradan qaldırdı.Şəhid Şahin Cəfərlinin anası Gülər Cəfərova bütün şəhid ailələrinə dövlətimizin diqqət və qayğısından danışıb, cəmiyyətimizdə onlara olan ali münasibətdən razılıq ifadə edib.Bayram münasibətilə iştirakçıları təbrik edən Təhsil sektorunun müdiri Sərdar Nəbiyev qələbələrimizin davamı olan antiterror tədbirlərinə toxunub və bildirib ki, Ordumuz bir gündən də az müddətdə tapşırığı uğurla və böyük rəşadətlə yerinə yetirərək dövlətimizin suverenliyini bütün ölkə ərazisində təmin edib. İndi üçrəngli Bayrağımız Xocalıda, Xankəndidə, Hadrutda, Şuşada, Xocavənddə və digər işğaldan azad edilmiş şəhər və kəndlərimizdə əzəmətlə pərvazlanır.Sonra Təhsil sektorunun ilk həmkarlar ittifaqının sədri Günel Abdullayeva, Birinci Qarabağ müharibəsi iştirakçısı Bəkir Məmmədəliyev və digərləri Zəfər Gününün tariximizdə yeri və rolundan, ölkəmizdə şəhid və qazilərə olan hərtərəfli dəstəkdən danışıblar.Sonda şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına müxtəlif hədiyyələr verilib. 98a78fdc-a2bb-4290-b458-d9135e54c34f.jpg 241.51 KB556ef0a2-6e94-49a2-a636-3dcf8fd3214f.jpg 60.4 KBd7a1da12-b10f-45b2-afca-b8421df731d9.jpg 79.51 KB30d5c92c-d3fc-43a9-ac29-f24a2d70e0db.jpg 69.78 KB70e4fc81-8ca2-4b5c-b7d8-2144af1331c4.jpg 75.64 KB9022f9fe-115e-4523-84cb-569ee185b019.jpg 154.62 KB

14.11.2023

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ildə keçirilməsi nəzərdə tutulan hesabat-seçki yığıncaqlarına hazırlıq məqsədi ilə zona seminarlarının keçirilməsinə başlayıb. İlk belə tədbir Quba rayonunda təşkil edilib. ATİAHİ Sumqayıt şəhər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı və Qubadlı rayon komitələrinin sədrlərinin iştirak etdiyi seminarda ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov çıxış edib. Şöbə müdiri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin müvafiq qərarı ilə AHİK-in üzv təşkilatların bütün vəsilələrində 2024-cü il müddətində hesabat-seçki yığıncaqlarının keçirilməsi nəzərdə tutulmuşdur. E.Rüstəmov bildirib ki, is­tər əha­tə dai­rə­si­nə, is­tər­sə­ də bu sa­hə­də ça­lı­şan insanların  sa­yı­na gö­rə təhsil Azər­bay­can­da ən bö­yük so­si­al ins­ti­tut­lar­dan bi­ri­ni təş­kil edir. ATİAHİ 5785 həmkarlar ittifaqı təşkilatını və 403484 həmkarlar ittifaqı üzvünü özündə birləşdirir: “2024-cü ildə keçiriləcək hesabat-seçkilər ATİAHİ-nin fəaliyyətində mühüm hadisələrdən biridir. Hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin bu illər ərzində gördüyü işlərlə bağlı hesabatı əhatəli olmalı, əldə olunmuş nailiyyətlər, çatışmazlıqlar qeyd olunmalıdır. Eyni zamanda həmkarlar ittifaqlarında həmrəyliyi təmin etmək, işçilərin sosial-iqtisadi mənafeyinin kollektiv müdafiəçisi olan həmkarlar ittifaqlarının maliyyə cəhətdən möhkəmləndirmək, onun rolunu bir daha artırmaq üçün qarşıdan gələn hesabat-seçki kampaniyasının imkanlarından maksimum istifadə edilməlidir. Hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır”. E.Rüstəmov qeyd edib ki, həmkarlar ittifaqı təşkilatlarının kadrlarla möhkəmləndirilməsi, ehtiyat kadrların hazırlanması və irəli çəkilməsi üzrə tədbirlər görülməlidir. Müəssisədə kollektiv arasında nüfuzu olan layiqli şəxslərin seçilməsi üçün şərait yaradılmalıdır: “Heç kimə sirr deyil ki, həmkarlar təşkilatlarının gücü ilk təşkilatlardadır. Bu baxımdan bizim qarşımızda duran mühüm vəzifələrdən biri ilk təşkilatların gücləndirilməsi və nüfuzunun artırılmasıdır. İlk təşkilatların güclü olması üçün isə başlıca şərt təşkilata layiqli və şəxsin rəhbərlik etməsidir. İttifaq üzvləri öz sərbəst seçiminizi etməli və təşkilatınızı daha da qabağa aparmağı bacaracaq bir şəxsi həmkarlar təşkilatına sədr seçilməsinə çalışmalıdır. Həmçinin təşkilatların seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyi təmin edilməli, ölkəmizdə həyata keçirilən gəncləşmə siyasətinin həmkarlar ittifaqı təşkilatlarında da uğurla davam etdirilməsinə şərait yaradılmalıdır. İclaslar zamanı səsləndirilmiş tənqidi qeydlər ümumiləşdirilərək yuxarı həmkarlar ittifaqı təşkilatına təqdim edilməlidir. İnanırıq ki, üzv təşkilatlarda keçiriləcək hesabat-seçki yığıncaqları nöqsansız şəkildə təşkil ediləcək, bu seçkilər təşkilatımızın, ümumilikdə həmkarlar ittifaqı hərəkatının həyatında yeni inkişaf mərhələsinin başlanğıcı olacaqdır”.Sonra seminar diskussiya şəklində davam etdirilmiş, rayon komitəsi sədrləri qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmış, suallar cavablandırılmışdır.  

25.10.2023

Fərman İbrahimov: “Azərbaycan müəllimi Vətən müharibəsinin qəhrəmanlarındandır”

Fərman İbrahimov: “Azərbaycan müəllimi Vətən müharibəsinin qəhrəmanlarındandır”

ATİAHİ Oğuz rayon komitəsində 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Ayaz Ağayev, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, müəssisə və təşkilatların rəhbərləri, müəllimlər, şəhid ailələri iştirak ediblər. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, əziz xatirəsi dərin ehtiramla yad edilib.Təhsil sektorunun müdiri Sərdar Nəbiyev giriş sözü ilə çıxış edərək müəllim peşəsinin müqəddəsliyindən, cəmiyyətin inkişafında, gənc nəslin vətənpərvərlik və dövlətə sədaqət ruhunda yetişməsində rolundan danışıb.Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov dövlətimizin təhsil siyasətindən, müəllimlərə olan diqqət və qayğıdan, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan söz açıb, həmçinin müəllimlərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan bəhs edib. Onun sözlərinə görə, onlarla müəllim müharibənin ilk günündən silaha sarıldı, torpaqlarımızı azad etmək üçün qəhrəmanlıqlar göstərdilər. Döyüşlərdə xeyli təhsil işçisi şəhid oldu. Bu, böyük bir nümunə idi, xalqımız onların xidmətlərini heç vaxt unutmayacaq.Tədbirdə digər çıxışlar da dinlənilib, müəllimlərin ünvanına təbriklər səslənib. Sonda iştirakçı müəllimlərə fəxri fərman və hədiyyələr təqdim olunub.384345044_343656761501552_9132060389466469234_n.jpg 117.68 KB369213670_343656414834920_2192786178155487268_n.jpg 108.88 KB386093775_343656098168285_7531312137343735380_n.jpg 251.01 KB384560338_343656258168269_6289335479034093691_n.jpg 168.35 KB369258478_343656068168288_1363221800745689216_n.jpg 210.54 KB

11.10.2023

Oğuzda şəhid ailələri ziyarət olunub

Oğuzda şəhid ailələri ziyarət olunub

Oğuz rayonunda şəhidlərimizin - Nail İbrahimlinin və Şahin Cəfərlinin ailəsi ziyarət olunub.ATİAHİ Oğuz rayon komitəsi və rayon Təhsil sektorunun əməkdaşları şəhidlərimizin ailə üzvləri ilə söhbətləşib, qayğıları ilə maraqlanıblar. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov görüşdə dövlətimizin şəhid ailələrinə olan ali münasibətindən, həmçinin həmkarlar ittifaqlarının bu istiqamətdə gördüyü işlərdən danışıb. Sonda həmin şəhid ailələrinə maddi-mənəvi dəstək göstərilib.  385892713_341274291739799_8540503485300915003_n.jpg 60.19 KB384349350_341274661739762_8649893427240379593_n.jpg 241.29 KB385904595_341274091739819_3787130168878261907_n.jpg 128.22 KB386207773_341273905073171_4757527421855369188_n.jpg 70.8 KB

06.10.2023

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, həmçinin quruma üzv təşkilatların rəhbərləri və əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.Həmkarlar ittifaqlarının nümayəndələri parkın girişində xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.3-16.jpg 153.8 KB1-21.jpg 219.72 KB2-11.jpg 264.06 KB

27.09.2023

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) Şəki şəhəri, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayon komitələri ilə 2023-2025-ci illər üzrə Kollektiv Müqavilə imzalanıb.Müqaviləyə Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və komitə sədrləri imza atıblar. Mərasimdə çıxış edən Bəhruz Mehdiyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının həyata keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirib, işlərində uğurlar arzulayıb.Tədbirdə Kollektiv Müqavilənin müddəaları müzakirə olunub, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin mühafizəsinin təşkili sahəsində Kollektiv Müqavilənin əhəmiyyəti vurğulanıb.

26.09.2023

Oğuzda ilk həmkarlar ittifaqı sədrləri ilə görüş keçirilib

Oğuzda ilk həmkarlar ittifaqı sədrləri ilə görüş keçirilib

Sentyabrın 12-də ATİAHİ Oğuz rayon komitəsində ilk həmkarlar ittifaqlarının sədrlərinin iştirakı ilə seminar keçirilib. Seminarda Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov ötən tədris ilində görülən işlərdən və həyata keçirilən layihələrdən danışıb. O həmçinin növbəti tədris ilində qarşıda duran vəzifələrdən, müəssisə rəhbərləri ilə kollektiv müqavilələrin bağlanması qaydalarından danışıb, bir sıra tapşırıq və tövsiyələrini verib. Sonda müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib. 377271569_330272606173301_4159909143489522774_n.jpg 97.03 KB373339553_330272512839977_1372152067074465064_n (1).jpg 61.88 KB378404619_330272712839957_55559606339290698_n.jpg 106.58 KB377284279_330272942839934_7037698284398660512_n.jpg 79.7 KB

13.09.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo