ATİAHİ Oğuz rayon komitəsində yaş həddi ilə əlaqədar təqaüdə çıxan təhsil işçiləri ilə görüş keçirilib.
Görüşdə rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, sektorun əməkdaşları və dəvət olunmuş təhsil işçiləri iştirak ediblər.
Sərdar Nəbiyev görüşdə iştirak edən müəllimləri salamlayaraq onların uzunmüddətli və səmərəli fəaliyyəti haqqında fikirlərini bölüşüb, müəllim peşəsinə verilən dəyərdən, bu şərəfli peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisində, gənclərin formalaşmasında rolundan danışıb.
Fərman İbrahimov isə çıxışında təhsil sahəsinin inkişafında müəllimlərin əməyinin qiymətləndirilməsindən və dövlətimizin onlara qayğısından söz açıb, təbriklərini səsləndirib.
Sonda rayon komitəsi tərəfindən 65 yaşı tamam olan müəllimlərə hədiyyələr verilib.