Oğuzda Vətən müharibəsi şəhidi  Rəvan Lətifov anılıb


Oğuz rayonunun Sincan kənd tam orta məktəbində sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini işləmiş Vətən müharibəsi şəhidi Rəvan Lətifov anılıb.

ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov və Təhsil sektorunun əməkdaşları şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.

Eyni zamanda məzunu olduğu Xaçmaz kənd 2 nömrəli və çalışdığı Sincan kənd tam orta məktəblərin müəllim və şagird kollektivi şəhidimizin məzarını ziyarət ediblər. Şagirdlər onun məzarı önündə vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo