Oğuzda şəhid ailələri ziyarət olunub

Oğuz rayonunda şəhidlərimizin - Nail İbrahimlinin və Şahin Cəfərlinin ailəsi ziyarət olunub.
ATİAHİ Oğuz rayon komitəsi və rayon Təhsil sektorunun əməkdaşları şəhidlərimizin ailə üzvləri ilə söhbətləşib, qayğıları ilə maraqlanıblar. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.
ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov görüşdə dövlətimizin şəhid ailələrinə olan ali münasibətindən, həmçinin həmkarlar ittifaqlarının bu istiqamətdə gördüyü işlərdən danışıb. Sonda həmin şəhid ailələrinə maddi-mənəvi dəstək göstərilib. 
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo