Oğuzda “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib
ATİAHİ Oğuz rayon komitəsinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir təşkil olunub.Tədbirdə şəhid ailələri, müharibə iştirakçıları, qazilər, həmçinin YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov iştirak ediblər.Öncə rayon ərazisindəki Şəhidlər xiyabanı ziyarət olunub.Tədbir şəhidlərimizin əziz xatirəsinin yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Oğuz rayon komitəsin sədri Fərman İbrahimov çıxışında 44 gün davam edən hərbi əməliyyatlardan, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından, Ordumuzun döyüş taktikasından danışıb, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən söz açıb.YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifəsidir, çünki 200 illik münaqişəyə, 30 illik müharibəyə cəmi 44 günə son qoyuldu, beynəlxalq təşkilatların, böyük dövlətlərin həll edə bilmədiyi təcavüz siyasətini Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu uğurla aradan qaldırdı.Şəhid Şahin Cəfərlinin anası Gülər Cəfərova bütün şəhid ailələrinə dövlətimizin diqqət və qayğısından danışıb, cəmiyyətimizdə onlara olan ali münasibətdən razılıq ifadə edib.Bayram münasibətilə iştirakçıları təbrik edən Təhsil sektorunun müdiri Sərdar Nəbiyev qələbələrimizin davamı olan antiterror tədbirlərinə toxunub və bildirib ki, Ordumuz bir gündən də az müddətdə tapşırığı uğurla və böyük rəşadətlə yerinə yetirərək dövlətimizin suverenliyini bütün ölkə ərazisində təmin edib. İndi üçrəngli Bayrağımız Xocalıda, Xankəndidə, Hadrutda, Şuşada, Xocavənddə və digər işğaldan azad edilmiş şəhər və kəndlərimizdə əzəmətlə pərvazlanır.Sonra Təhsil sektorunun ilk həmkarlar ittifaqının sədri Günel Abdullayeva, Birinci Qarabağ müharibəsi iştirakçısı Bəkir Məmmədəliyev və digərləri Zəfər Gününün tariximizdə yeri və rolundan, ölkəmizdə şəhid və qazilərə olan hərtərəfli dəstəkdən danışıblar.Sonda şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına müxtəlif hədiyyələr verilib. 98a78fdc-a2bb-4290-b458-d9135e54c34f.jpg 241.51 KB556ef0a2-6e94-49a2-a636-3dcf8fd3214f.jpg 60.4 KBd7a1da12-b10f-45b2-afca-b8421df731d9.jpg 79.51 KB30d5c92c-d3fc-43a9-ac29-f24a2d70e0db.jpg 69.78 KB70e4fc81-8ca2-4b5c-b7d8-2144af1331c4.jpg 75.64 KB9022f9fe-115e-4523-84cb-569ee185b019.jpg 154.62 KB
14.11.2023
ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ildə keçirilməsi nəzərdə tutulan hesabat-seçki yığıncaqlarına hazırlıq məqsədi ilə zona seminarlarının keçirilməsinə başlayıb. İlk belə tədbir Quba rayonunda təşkil edilib. ATİAHİ Sumqayıt şəhər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı və Qubadlı rayon komitələrinin sədrlərinin iştirak etdiyi seminarda ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov çıxış edib. Şöbə müdiri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin müvafiq qərarı ilə AHİK-in üzv təşkilatların bütün vəsilələrində 2024-cü il müddətində hesabat-seçki yığıncaqlarının keçirilməsi nəzərdə tutulmuşdur. E.Rüstəmov bildirib ki, istər əhatə dairəsinə, istərsə də bu sahədə çalışan insanların sayına görə təhsil Azərbaycanda ən böyük sosial institutlardan birini təşkil edir. ATİAHİ 5785 həmkarlar ittifaqı təşkilatını və 403484 həmkarlar ittifaqı üzvünü özündə birləşdirir: “2024-cü ildə keçiriləcək hesabat-seçkilər ATİAHİ-nin fəaliyyətində mühüm hadisələrdən biridir. Hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin bu illər ərzində gördüyü işlərlə bağlı hesabatı əhatəli olmalı, əldə olunmuş nailiyyətlər, çatışmazlıqlar qeyd olunmalıdır. Eyni zamanda həmkarlar ittifaqlarında həmrəyliyi təmin etmək, işçilərin sosial-iqtisadi mənafeyinin kollektiv müdafiəçisi olan həmkarlar ittifaqlarının maliyyə cəhətdən möhkəmləndirmək, onun rolunu bir daha artırmaq üçün qarşıdan gələn hesabat-seçki kampaniyasının imkanlarından maksimum istifadə edilməlidir. Hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır”. E.Rüstəmov qeyd edib ki, həmkarlar ittifaqı təşkilatlarının kadrlarla möhkəmləndirilməsi, ehtiyat kadrların hazırlanması və irəli çəkilməsi üzrə tədbirlər görülməlidir. Müəssisədə kollektiv arasında nüfuzu olan layiqli şəxslərin seçilməsi üçün şərait yaradılmalıdır: “Heç kimə sirr deyil ki, həmkarlar təşkilatlarının gücü ilk təşkilatlardadır. Bu baxımdan bizim qarşımızda duran mühüm vəzifələrdən biri ilk təşkilatların gücləndirilməsi və nüfuzunun artırılmasıdır. İlk təşkilatların güclü olması üçün isə başlıca şərt təşkilata layiqli və şəxsin rəhbərlik etməsidir. İttifaq üzvləri öz sərbəst seçiminizi etməli və təşkilatınızı daha da qabağa aparmağı bacaracaq bir şəxsi həmkarlar təşkilatına sədr seçilməsinə çalışmalıdır. Həmçinin təşkilatların seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyi təmin edilməli, ölkəmizdə həyata keçirilən gəncləşmə siyasətinin həmkarlar ittifaqı təşkilatlarında da uğurla davam etdirilməsinə şərait yaradılmalıdır. İclaslar zamanı səsləndirilmiş tənqidi qeydlər ümumiləşdirilərək yuxarı həmkarlar ittifaqı təşkilatına təqdim edilməlidir. İnanırıq ki, üzv təşkilatlarda keçiriləcək hesabat-seçki yığıncaqları nöqsansız şəkildə təşkil ediləcək, bu seçkilər təşkilatımızın, ümumilikdə həmkarlar ittifaqı hərəkatının həyatında yeni inkişaf mərhələsinin başlanğıcı olacaqdır”.Sonra seminar diskussiya şəklində davam etdirilmiş, rayon komitəsi sədrləri qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmış, suallar cavablandırılmışdır.
25.10.2023
Fərman İbrahimov: “Azərbaycan müəllimi Vətən müharibəsinin qəhrəmanlarındandır”
ATİAHİ Oğuz rayon komitəsində 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Ayaz Ağayev, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, müəssisə və təşkilatların rəhbərləri, müəllimlər, şəhid ailələri iştirak ediblər. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, əziz xatirəsi dərin ehtiramla yad edilib.Təhsil sektorunun müdiri Sərdar Nəbiyev giriş sözü ilə çıxış edərək müəllim peşəsinin müqəddəsliyindən, cəmiyyətin inkişafında, gənc nəslin vətənpərvərlik və dövlətə sədaqət ruhunda yetişməsində rolundan danışıb.Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov dövlətimizin təhsil siyasətindən, müəllimlərə olan diqqət və qayğıdan, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan söz açıb, həmçinin müəllimlərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan bəhs edib. Onun sözlərinə görə, onlarla müəllim müharibənin ilk günündən silaha sarıldı, torpaqlarımızı azad etmək üçün qəhrəmanlıqlar göstərdilər. Döyüşlərdə xeyli təhsil işçisi şəhid oldu. Bu, böyük bir nümunə idi, xalqımız onların xidmətlərini heç vaxt unutmayacaq.Tədbirdə digər çıxışlar da dinlənilib, müəllimlərin ünvanına təbriklər səslənib. Sonda iştirakçı müəllimlərə fəxri fərman və hədiyyələr təqdim olunub.384345044_343656761501552_9132060389466469234_n.jpg 117.68 KB369213670_343656414834920_2192786178155487268_n.jpg 108.88 KB386093775_343656098168285_7531312137343735380_n.jpg 251.01 KB384560338_343656258168269_6289335479034093691_n.jpg 168.35 KB369258478_343656068168288_1363221800745689216_n.jpg 210.54 KB
11.10.2023
Oğuzda şəhid ailələri ziyarət olunub
Oğuz rayonunda şəhidlərimizin - Nail İbrahimlinin və Şahin Cəfərlinin ailəsi ziyarət olunub.ATİAHİ Oğuz rayon komitəsi və rayon Təhsil sektorunun əməkdaşları şəhidlərimizin ailə üzvləri ilə söhbətləşib, qayğıları ilə maraqlanıblar. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov görüşdə dövlətimizin şəhid ailələrinə olan ali münasibətindən, həmçinin həmkarlar ittifaqlarının bu istiqamətdə gördüyü işlərdən danışıb. Sonda həmin şəhid ailələrinə maddi-mənəvi dəstək göstərilib. 385892713_341274291739799_8540503485300915003_n.jpg 60.19 KB384349350_341274661739762_8649893427240379593_n.jpg 241.29 KB385904595_341274091739819_3787130168878261907_n.jpg 128.22 KB386207773_341273905073171_4757527421855369188_n.jpg 70.8 KB
06.10.2023
Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar
27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, həmçinin quruma üzv təşkilatların rəhbərləri və əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.Həmkarlar ittifaqlarının nümayəndələri parkın girişində xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.3-16.jpg 153.8 KB1-21.jpg 219.72 KB2-11.jpg 264.06 KB
27.09.2023
Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb
Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) Şəki şəhəri, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayon komitələri ilə 2023-2025-ci illər üzrə Kollektiv Müqavilə imzalanıb.Müqaviləyə Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və komitə sədrləri imza atıblar. Mərasimdə çıxış edən Bəhruz Mehdiyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının həyata keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirib, işlərində uğurlar arzulayıb.Tədbirdə Kollektiv Müqavilənin müddəaları müzakirə olunub, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin mühafizəsinin təşkili sahəsində Kollektiv Müqavilənin əhəmiyyəti vurğulanıb.
26.09.2023
Oğuzda ilk həmkarlar ittifaqı sədrləri ilə görüş keçirilib
Sentyabrın 12-də ATİAHİ Oğuz rayon komitəsində ilk həmkarlar ittifaqlarının sədrlərinin iştirakı ilə seminar keçirilib. Seminarda Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov ötən tədris ilində görülən işlərdən və həyata keçirilən layihələrdən danışıb. O həmçinin növbəti tədris ilində qarşıda duran vəzifələrdən, müəssisə rəhbərləri ilə kollektiv müqavilələrin bağlanması qaydalarından danışıb, bir sıra tapşırıq və tövsiyələrini verib. Sonda müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib. 377271569_330272606173301_4159909143489522774_n.jpg 97.03 KB373339553_330272512839977_1372152067074465064_n (1).jpg 61.88 KB378404619_330272712839957_55559606339290698_n.jpg 106.58 KB377284279_330272942839934_7037698284398660512_n.jpg 79.7 KB
13.09.2023
AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib
Sentyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Təhsil” istirahət mərkəzinin konfrans zalında təşkil olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Konfederasiyanın əməkdaşları, ölkəmizin ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.İştirakçıları salamlayan AHİK sədri Səttar Möhbalıyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlətimizin gənclər siyasətindən danışıb, onun həm sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, həm də müasir müstəqil Azərbaycanın Prezidenti olarkən gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib: “Heydər Əliyev Azərbaycan dövlətini yaratdı və bu gün siz gənclər həmin dövlətin xoşbəxt vətəndaşlarısınız. Ulu Öndər bu dövləti Sizin üçün qurdu, bu yolda bütün mənalı ömrünü xərclədi və yalnız xalqı, Vətəni, banisi olduğu dövləti üçün yaşadı. Heydər Əliyev sovet Azərbaycanın rəhbərliyinə gələrkən ölkəmiz ittifaq səviyyəsində geri qalan respublikalardan biri idi. Onun müdrik rəhbərliyi Azərbaycanın böyük sosial-iqtisadi inkişafına yol açdı, respublikamız iri sənaye ölkəsinə çevrildi”.“Gənclərimiz də hər zaman Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunmuşdu. Biz həmin vaxtın gəncləri olaraq bunu öz həyatımızda hiss edirdik. O çalışırdı ki, azərbaycanlı gənclər elmli olsun, müasir biliklərə yiyələnsinlər. Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu, Qarabağda Pedaqoji İnstitut Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə yaradıldı. Şəxsən onun təşəbbüsü ilə SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa ali məktəblərində oxumağa göndərilən tələbələrin sayı hər il artırdı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması barədə təşəbbüsü isə onun polad iradəsini bir daha göstərdi”, – Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, müdrik xalqımız Heydər Əliyevin qurucu, yaradıcı, təşəbbüskar ruhuna, Vətəninə olan sonsuz məhəbbətinə, qətiyyətli, qorxmaz iradəsinə ötən əsrin 70-ci illərindən yaxşı bələd idi: “Məhz bu səbəbdən idi ki, 90-cı illərin əvvəllərində düşdüyü ağır böhrandan çıxmaq üçün xalqımız Heydər Əliyevi hakimiyyətə gətirdi. Nəticə isə bu gün ortadadır. Bütün sahələrdə dinamik inkişaf edən, regionun lideri, dünyada böyük söz sahibi olan qalib Azərbaycan. Heydər Əliyevin müəyyən etdiyi dövlətimizin Gənclər Siyasəti sağlam ruhlu, sağlam düşüncəli, Vətəninə və dövlətinə sadiq, mənəviyyatca zəngin gənclərin yetişməsinə mühüm zəmin yaradıb”.AHİK sədri vurğulayıb ki, 2003-cü ildən başlayaraq dövlətimizin başçısı cənab İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirib: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu gənclərin istedadının üzə çıxarılması istiqamətində fəal iş aparır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır”.10.jpg 71.67 KB9.jpg 51.6 KB8.jpg 75.94 KB7.jpg 67.62 KB6.jpg 51.11 KB5-2.jpg 68.04 KB4-1.jpg 60.04 KB3-2.jpg 98.65 KB2-2.jpg 136.83 KB1-5.jpg 86.31 KB
08.09.2023
ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
İyunun 6-dan 11-dək Qazaxıstanın Astana şəhərində Təhsil İşçilərininBeynəlxalq Konfransı keçirilib.Konfransda Azərbaycan, Belarus, Rusiya, Qırğızıstan və Tacikistanın təhsil işçiləri iştirak ediblər. Müasir dövrdə təhsilin vəziyyəti, bu sahədə tətbiq olunan yeniliklər, movcud təhsil sistemlərinin yeni çağırışlara uyğunluğu və digər məsələlər tədbirdə müzakirə mövzusu olub.Ölkəmizi konfransda ATİAHİ Xətai rayon komitəsinin sədri Maisə Hacıyeva və Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva təmsil edib. Hər iki iştirakçı tədbirdə çıxış edib, ölkəmizin təhsil sistemindən, bu sahəyə olan dövlətin diqqət və qayğısından, azərbaycanlı gənclərin uğurlu göstəricilərindən danışıblar. Onlar həmçinin aparılan müzakirələrdə fikirlərini bölüşüblər.IMG-20230611-WA0028.jpg 147.97 KBIMG-20230611-WA0026.jpg 133.63 KBIMG-20230611-WA0025.jpg 85.66 KB
21.06.2023
Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib
Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib. ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı, ATİAHİ Nəsimi rayon komitəsinin ev sahibliyi ilə Bakı şəhəri 266 saylı tam orta məktəbdə təşkil edilən konfrans “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusuna həsr olunub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Nəsimi, Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Pirallahı, Nərimanov rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsi ilə başlanan konfransda Ümummilli lider Heydər Əliyevlə bağlı video çarxın nümayiş etdirilib. Konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, ATİAHİ Nəsimi rayon komitəsinin baş mütəxəssisi Yeganə Rəhimova, 211 №-li tam orta məktəbin müəllimi, ATİAHİ Nəsimi rayon komitəsinin Təftiş Komissiyasının üzvü Afaq Hacıyeva, ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov, ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov və başqaları çıxış edib. Çıxış edənlər Ulu Öndərin Azərbaycanın müstəqilliyinin əldə olunması, qorunub saxlanması, ölkədə bütün sahələrin, o cümlədən həmkarlar ittifaqları sahəsinin inkişafında əvəzsiz xidmətlərindən danışıblar.
05.06.2023
Oğuzda Müstəqillik Günü münasibətilə konfrans keçirilib
Oğuz rayon Təhsil sektoru və ATİAHİ Oğuz rayon komitəsinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətilə konfrans keçirilib.Konfransda YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, sektorun əməkdaşları, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, fəal ittifaq üzvləri iştirak ediblər.Öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.Tədbir şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.Təhsil sektorunun müdiri Sərdar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik edib, Azərbaycan Xalq Cümuhuriyyətinin yaranmasından və fəaliyyətindən, həmin dövrdə aparılan demokratik islahatlardan danışıb.ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov xalqımızın milli-azadlıq mübarizəsindən, müstəqillik arzularından, Şərqdə ilk dəfə demokratik respublika qurmasından söz açıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir: “Cəmi 23 ay yaşamasına baxmayaraq, həyata keçirdiyi tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır. Bu gün demokratiyadan uzun-uzadı söz açan, ölkəsini nümunə çəkən, digər dövlətləri qeyri-demokratik idarəçilikdə ittiham edən ölkələrdə istibdadın, totalitarizmin tüğyan etdiyi bir vaxtda xalqımız demokratik prinsiplər əsasında respublika qurmuşdur. Xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldıran ilk ölkələrdən biri olmuşdur. Bütün bunlar Azərbaycanın nə qədər sülhsevər, tolerant, birgəyaşayış dəyərlərinə sədaqətinin dərin köklərini göstərir”.YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Təhsil Sektorunun metodisti Günel Abdullayeva, Ərmənət kənd tam orta məktəbin direktoru Nərmin Məcidli, Xaçmaz kənd 1 nömrəli tam orta məktəbin müəllimləri - Tərlan Fərəcov və Elçın Hacıyev çıxışlar edərək Azərbaycan Xalq Cümhuriyyətinin təhsil islahatlarından, Bakı Dövlət Universitetinin təsis olunmasından, Şərqdə ilk dəfə qadınlara səsvermə hüququnun verilməsindən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti özünün əsas atributlarını - bayrağını, himnini və gerbini yaratdı. Həmçinin ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı.Konfransın sonunda RFO-da uğur qazanan şagirdlər və onların müəllimləri fəxri fərmanla təltif edilib və onlara hədiyyələr verilib.06d9c1e6-3cf9-4a79-b279-b44e7d7df879.jpg 599.47 KB4119fa39-759a-4fcb-a0e2-2139f062640e.jpg 238.25 KB6522018b-28c7-4032-8de9-1b33297294b4.jpg 656.39 KB
05.06.2023
Oğuzda orta məktəbin 140 illik yubileyi qeyd olunub
Oğuz rayon M.F.Axundov adına Xaçmaz kənd 1 №-li tam orta məktəbin 140 illik yubileyi qeyd edilib.Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ayaz Ağayev, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, şəhid ailələrinin üzvləri, qazilər, təhsil işçiləri, kəndin təqaüddə olan müəllimləri, məzun şagirdləri və digər qonaqlar iştirak ediblər.Öncə Xaçmaz kəndindəki Şəhidlər xiyabanı ziyarət olunub.Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Məktəbin direktor əvəzi Kəmalə Şıxıyeva qonaqları salamlayaraq məktəbin yaranma tarixindən, rayon təhsilinin inkişafına verdiyi töhfələrdən, məzunlarının uğurlarından, müəllimlərinin peşəkarlığından danışıb.Rayon icra hakimiyyətinin nümayəndəsi Ayaz Ağayev çıxışında XIX əsrdə belə bir dünyəvi məktəbin açılmasının əhəmiyyətindən, yeni-yeni nəsillərin yetişməsində, elmi biliklərə yiyələnməsində xidmətlərindən söz açıb.Digər çıxış edənlər məktəbin rəhbərliyini və kollektivini yubiley münasibətilə təbrik edib dövlətimizin uğurlu təhsil siyasətindən danışıblar.Şagirdlərin ifasında şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla tədbir davam etdirilib.Sonda uzun illər gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə və nümunəvi xidmətlərinə görə, bir qrup müəllim Təhsil İdarəsinin fəxri fərmanla təltif olunub, həmçinin onlara hədiyyələr verilib. d6cc3507-a2d5-458a-9d01-28281dbc056e.jpg 429.82 KBdd03e8f3-78bc-4d40-bc4c-3a6c6a778b23.jpg 225.26 KBe1313016-8a4a-415d-91b6-07c1afeb4217.jpg 167.55 KB161cfe71-f25e-44bd-aad8-087fda43f4f8.jpg 173.77 KBdbd051b3-d3be-4ab7-aa67-5d9b286ec26c.jpg 162.65 KBa80fab30-6c48-44a4-893a-0f84fd60e88d.jpg 157.84 KB92eed62e-a584-4f39-a6f2-a372610dc3ca.jpg 292.76 KBd0840598-ee79-4e06-83ff-2927a3da25bf.jpg 355.81 KB72fe889f-85c9-4e0e-bc34-fb265b482ea6.jpg 319.41 KB
31.05.2023
Oğuzun 3№-li məktəbi hərbi-idman oyunlarında uğurla çıxış edib
Oğuz şəhər 3 nömrəli məktəb-liseyin komandası rayon Təhsil sektoru tərəfindən fəxri fərmanla təltif edilib.Komanda Elm və Təhsil Nazirliyi, Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutmuş “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsində müfvəffəqiyyətlə iştirak etdiyinə görə mükafatlandırılıb. Qeyd edək ki, komanda həmçinin “Şahin" hərbi idman oyunlarının zona mərhələsində 2-ci yerə layiq görülüb. Mükafatlandırma mərasimində Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, sektorun əməkdaşları, məktəb-liseyin direktoru Elxan Bilalov, müəllim və şagirdlər iştirak ediblər. 347799345_809064100552924_5375296307854396967_n (1).jpg 409.95 KB347112755_182728044355897_9182683891526970497_n (2).jpg 324.93 KB347579464_258584253319829_6902287617732307496_n (1).jpg 408.4 KB347771971_689371856282110_7596074468241186345_n (1).jpg 462.15 KB347112755_182728044355897_9182683891526970497_n (1).jpg 324.93 KB347899014_779926193601062_8645862830075625498_n.jpg 462.1 KB347790031_1016857982613715_5835456641778220212_n (1).jpg 412.89 KB
22.05.2023
Sumqayıt şəhərində “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib
Sumqayıt şəhərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusunda regional konfrans keçirilib. Konfransda ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ-nin Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Laçın, Zəngilan rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. İclasda çıxış edən ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə bildirib ki, Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzvü olan sahə həmkarlar ittifaqları da müvafiq tədbirlər planı tərtib etmiş və həyata keçirirlər. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi də “Heydər Əliyev İli” ilə bağlı tədbirlərin keçirilməsinə başlayıb. Zona konfransı da Respublika Komitəsinin silsilə tədbirlərindən biridir. Sonra M.Cəfərzadə Azərbaycanda həmkarlar ittifaqlarının inkişafında ümummilli lider Heydər Əliyevin rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Konfransda çıxış edən Abşeron rayon komitəsinin sədri Vahid Əliyev, Sumqayıt şəhər komitəsinin sədri Xudaverdi Əliyev və başqaları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycanda bütün sahələrin, o cümlədən də həmkarlar ittifaqları institutunun davamlı inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün, Heydər Əliyevin bu sahədə olan ideyaları onun mənəvi-siyasi irsinin ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.IMG_0004.JPG 1.46 MBIMG_0005.JPG 1.5 MBIMG_0006.JPG 1.29 MB
20.05.2023
Oğuzun Qarabulaq kənd məktəbinin 125 illik yubileyi qeyd olunub
Oğuz rayonun Əjdər Mahmudov adına Qarabulaq kənd tam orta məktəbinin 125 illik yubiley tədbiri keçirilib.Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ayaz Ağayev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşları - Rauf Əsədov, Cavid Məmmədli, rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, şəhidlərin ailə üzvləri, qazilər, məktəbin müəllimləri, məzunları, şagirdlər və digər qonaqlar iştirak ediblər.Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Məktəbin direktoru Elçin Yusubov çıxışında təhsil müəssisəsinin yaranma tarixindən, keçdiyi inkişaf yolundan, məzunlarının uğurlu göstəricilərindən, rayon təhsilinin inkişafında töhfələrindən danışıb. Təhsil İdarəsinin əməkdaşı Rauf Əsədov çıxış edərək bildirib ki, Azərbaycanda təhsilə qayğı ölkənin gələcəyinə xidmət edən dövlət siyasətinin prioritet istiqamətlərdən biridir: “Təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasının əsasında, məhz məqsədyönlü siyasət və düşünülmüş strategiya dayanır. İnşa olunan hər bir məktəb binası, yaradılan müasir təhsil infrastrukturu savadlı, intellektli və vətənpərvər gəncliyin yetişdirilməsi məqsədlərinə xidmət edir. Məktəb kollektivini, kənd əhalisini məktəbin 125 illik yubleyiley münsibəti ilə təbrik edirəm”. Tədbirdə həmçinin çıxış edən müəllim və qonaqlar təhsilin Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri olduğunu, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına böyük diqqət yetirildiyini və bu gün Prezident İlham Əliyev tərəfindən bu ənənəyə sadiq qalaraq təhsil islahatlarının uğurla davam etdirildiyini diqqətə çatdırıb. Tədbirdə təhsil müəssisəsinin tarixindən və qazandığı uğurlarından bəhs edən videoçarx nümayiş olunub. Yubiley tədbirində şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Sonda məktəbin fərqlənən müəllim və şagirdlərinə fəxri fərmanlar, məktəbin veteran müəllimlərinə xatirə hədiyyələri təqdim olunub. e3640cbc-adf7-4b88-acea-f9a1620f4b2a.jpg 294.68 KB96559a90-a0b2-407e-9fbc-d06125fff4ce.jpg 214.28 KB218758a2-50bf-4627-9d6e-d283f4577822.jpg 317.22 KB577c286c-a444-43e2-9bc4-4359284665e2.jpg 234.97 KBa4e8fda9-37f7-457b-8a03-6793ca6efea8.jpg 189.04 KB731dbccc-5b6a-4f77-b3b5-2ed37ac9f470.jpg 318.4 KB
18.05.2023
Bizimlə əlaqə