Qarabağ Dirçəliş Fondu AHİK-ə təşəkkür edib
“Hörmətli Səttar müəllim!Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini həyata keçirən publik hüquqi şəxsdir.Xüsusilə vurğulamaq istərdim ki, Fondu yarandığı gündən etibarən minlərlə həmvətənimiz, yüzlərlə şirkət birlik nümayiş etdirərək Qarabağda aparılacaq işlərə dəstək göstərmək məqsədilə quruma ianə edib.Hörmətli Səttar müəllim,Sizin timsalınızda rəhbərlik etdiyiniz quruma Qarabağın dirçəlişi istiqamətində görülən işlərə ianə edərək verdiyiniz töhfəyə görə dərin minnətdarlığımı bildirirəm.İnanıram ki, bu əməkdaşlığımız üçün uğurlu bir başlanğıc olacaq və ölkəmizin rifahı naminə görülən işlərdə aramızda yaranan tərəfdaşlığın daha geniş və uzunmüddətli olacaq.Məlumat üçün bildirmək istərdim ki, növbəti tədbirlərdən birində qurumunuzun adına hazırlanmış xüsusi “İanə Sertifikatı” da fondumuz tərəfindən Sizə təqdim ediləcək.Qeyd olunmalıdır ki, bütün icra etdiyimiz layihələr haqqında hesabatlar mütəmadi olaraq donorlara, eyni zamanda ictimaiyyətə təqdim olunacaq.Diqqətinizə görə təşəkkür edirəm və Sizə dərin hörmətimi bildirirəm!”
04.03.2022
ATİAHİ Respublika Komitəsinin nümayəndə heyəti Türk Egitim-Senin növbəti Qurultayında iştirak edib
26-27 fevral tarixlərində Türkiyə Cumhuriyyətinin Ankara şəhərində Türk Egitim-Senin 7-ci qrultayı keçirilmişdir. 350 nümayəndənin iştirak etdiyi Qurultayda Türkiyə Cuçhuriyyəti hökumət və partiya mənsubları iştirak etmişdir. Türkiyə müxtəlif içtimai təşkilatlarının nümayəndələrinin də iştirakçısı olduğu Qurultayın açılışında Xocalı faciəsinin 30-cu il dönümü Azərbaycan bayrağı dalğandıralaraq bir dəqiqəlik sükutla anımışdır. Qrultayda təşkilatımızı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov təmsil etmişdir. Qeyd edək ki, Türk Egitim-Sen 1992-ci ildə yaradılmış və 250 min ittifaq üzvünü özündə burləşdirir. Türk Egitim-Sen yarım milyondan artıq ittifaq üzvünü özündə birləşdirən Türkiyə Kamu-Senə daxil olan 11 sahə həmkarlar ittifaqı içərisində ən böyüyüdür. Qurultayın aşılışında Türk Egitim-Senin sedri Talip Geylan, Türkiyə Kamu-Senin sədri Önder Kahveçi, MHP sədr müavi Yaşar Yildirim və digərləri çıxış ediblər. Çıxış edənlər öz nitqlərində Xocalı faciəsinin 30-cu ildönümünə də bir daha toxunaraq “Xocalıya ədalət” çağırışı ilə dünyaya səslənmişlər. Tədbirdə həmçinin ATİAHİ Respublika Komitəsi sədrinin müavini M.Cəfərzadə çıxış edib. Qurultay iştirakçılarını AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin adından salamlayan M.Cəfərzadə qeyd edib ki, ötən illər ərzində Türk Eğitim-Sen və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ikitərəfli əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmişdir. Bundan sonra da iki təşkilat arasında əlaqələrin daha da inkişaf edəcəyindən əminlik ifadə edən sədr müavini Azərbaycan və Türkiyə dövlətləri arasındakı qardaşlıq əlaqələrindən danışıb. O, Azərbaycanın 44 günlük vətən savaşını xatırladaraq bildirib ki, işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək təmənnasız qardaşlığın təntənəsi idi: “Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu haqq davasında Türkiyə başda olmaqla bizə köməklik göstərən bütün türk dilli ölkələrə təşəkkürümüzü bildiririk.İki qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsi tarixi hadisədir. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə - siyasi, iqtisadi, ideoloji, humanitar və digər sahələrdə davamlı inkişafını təmin edir. Eyni zamanda, Bəyannamə müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Respublikalarımızın üzləşdiyi bir çox problemlər var ki, biz bu məsələlərdə bir olmalıyıq”.Qeyd edək ki, Qurultayda Talip Geylan növbəti dəfə Türk Egitim-Senin başqanı seçilib. 14002.jpg 71.13 KB13999.jpg 67.67 KB13993.jpg 59.41 KB13984.jpg 56.04 KB13982.jpg 89.77 KB13973.jpg 75.07 KB14003.jpg 76.93 KB
27.02.2022
Qisas qiyamətə qalmadı
Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u Xocalının intiqamını döyüş meydanında aldı.Əsrin faciəsi kimi tarixə yazılan Xocalı qətliamı qəlblərdə yaşanan ağrı-acı, qaysaqlamayan yaradır. İnsanlığa qarşı amansız soyqırımı və bir gecədə məhv edilən şəhərdir – Xocalı…Bəşər tarixinin ən dəhşətli qətliamlarından biri hesab olunan bu faciənin yükünü illərdir sinəmizdə daşıyırıq. Fevralın 26-da hamılıqla birləşib hər yana səs salırıq, günahsız körpələrin haqq səsini, ruhların harayını dünyaya yayırıq. İstədiyimiz tək ədalətdir, Xocalıya ədalət!Bəşər tarixi belə tükürpədici mənzərə görməmişdi.Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur.Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilən qəddar vandalizm aktı idi. Miqyası baxımından yalnız 1918-ci ilin mart soyqırımı ilə müqayisə oluna bilərdi. Ermənilərin bu qədim türk torpağında törətdikləri vəhşiliklər nə insani, nə də müharibə qanunlarına sığmayan cinayətdir. Dinc şəhər sakinləri qəddarcasına qətlə yetirildi, qocalar, qadınlar, uşaqlar süngüdən keçirildi, meyitlərin üzləri, bədən əzaları doğrandı, kəsildi, tanınmaz hala salındı. Başıaçıq, ayaqyalın qarlı çöllərdən qaçıb canını qurtarmaq istəyən xocalılıları erməni faşistləri əvvəlcədən Ağdama gedən yollar üzərində qurulmuş pusqulardan müxtəlif silahlardan atəşə tutdular. Şəhərin küçələri, ətrafı meyitlərlə, can verən yaralıların ah-naləsi ilə cəhənnəmi xatırladırdı. Hələ bəşər tarixi belə tükürpədici mənzərə görməmişdi. Bir gecədə 106 qadın, 63 uşaq və 70-i yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə hələ də naməlumdur. Şəhər yerləyeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini şikəst edildi. Onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.Ermənilər bu mənzərəni yaratmaqla Azərbaycan xalqının gözünü qorxutmaq, Qarabağın taleyini öz xeyirlərinə həll etmək istəyirdilər. İgid xocalılıların lokal müqavimətinə baxmayaraq, erməni vandallarının cinayətlərinin qarşısını almaq mümkün olmadı. Çünki o dövrdə Azərbaycan hakimiyyətinin başında qorxaq, iradəsiz, fərasətsiz insanlar dururdu. Onların fərasətsizliyi erməni separatçılarının və havadarlarının torpaq iştahasını daha da artırdı. Azərbaycan Ordusunda vahid komandanlığın yoxluğu faciələrimizə, torpaqlarımızın itirilməsinə səbəb olurdu.Əgər Ulu Öndər Heydər Əliyev fenomeni olmasaydı, kim bilir, bu vandalizm hara qədər davam edəcəkdi. Ona görə də xalq başına gətirilən müsibətdən çıxış yolunu taleyini Heydər Əliyevə tapşırmaqda gördü.Ümummilli Lider respublika rəhbərliyinə gələn kimi ilk addımlarından biri sovet tanklarının, silahlarının yedəyində irəliləyən ermənilərin növbəti hücumlarını dayandırmaq oldu. Xocalı həqiqətlərini dünyaya olduğu kimi tanıtmaq istiqamətində kampaniyaya start verdi. Bu, çox çətin məsələ idi. Çünki ermənilər Qarabağ müharibəsinin təkcə silahlı deyil, həm də siyasi əsaslarını uzun illər qabaq hazırlamışdılar.Gərək nə qədər həyasız millət olasan ki, törətdiyin qətliamları, vandalizmi baçqasının üstünə atasan. Amma ermənilər buna da əl atdılar. Kütləvi qırğından dərhal sonra Xocalıya 32 ölkədən 47 jurnalist dəvət edib xarabazara çevrilmiş şəhəri dünyaya göstərib ağlaya-ağlaya deyirdilər ki, “azərbaycanlılar Xocalını yandırıb getdilər”, “azərbaycanlılar günahsız erməniləri qırdılar”.Belə bir şəraitdə artıq xalqımızı dünyaya vəhşi obrazında təqdim etmiş əsl cinayətkarları tanıtmaq nə qədər çətin idi. Ümummilli Lider yalan məlumatlarla formalaşmış münasibəti öz müdrik siyasi iradəsi sayəsində dəyişə bildi. Heydər Əliyevin təşəbbüsü və iradəsi ilə 1994-cü ilin fevral ayında Azərbaycan Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdi. Milli Məclisin qərarı ilə 26 Fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olundu, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verildi. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə hər il fevral ayının 26-sı saat 17:00-da ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edildi.Unutmadıq, susmadıq, and içdik.Torpaqlarımız itirilsə də, soyqırımlara məruz qalsa da, xalqımız bu qətliamlardan, faciələrdən qorxmadı, çəkinmədi. Bu qanlı qırğının törədildiyi vaxtdan illər keçsə də, faciənin dəhşətləri hələ də unudulmayıb, unudulmayacaq da.Nə qədər ki beynəlxalq aləm XX əsrin dəhşətli faciəsi sayılan bu soyqırımına layiqli qiymət verməyib, günahkarlar cəzalandırılmayıb dünya azərbaycanlıları susmayacaq, illər keçdikcə daha möhkəm hayqıracaqlar.Xalqımız dünya ictimaiyyətindən, nüfuzlu beynəlxalq qurumlardan ədalətli qərarlar tələb edir. Haqqın bərpa olunması, cinayətkarların cəzalandırılması uğrunda yorulmaz mübarizə aparır. Bu mübarizənin önündə isə Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev durur.Düzdür, ölkə Prezidentinin, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səyləri nəticəsində artıq dünyanın bir çox ölkəsində Xocalı hadisələri soyqırımı kimi tanınıb. Bu istiqamətdə işlər davam edir.2008-ci ildən, yəni 14 il əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət!” kampaniyası sayəsində dünyanın əksər ölkəsində “Xocalıya ədalət!” sədaları eşidilir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir.Bu vaxtadək Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib. Bütün bunlar Prezident İlham Əliyevin daxili və xarici siyasətinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, habelə Heydər Əliyev Fondunun dünyada apardığı təbliğatın, haqqa-ədalətə çağırışın nəticəsidir. Hər il dünya ölkələrinin nüfuzlu nəşrlərində faciəyə həsr olunmuş məqalələr çap edilir, televiziya və radiolarda verilişlər hazırlanır. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində bu gün dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin şəkildə pisləyirlər.Xocalı soyqırımının 20-ci, 25-ci və 27-ci ildönümlərində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin öndərliyi ilə Azadlıq meydanından “Ana harayı” adibəsinə edilən ümumxalq yürüşləri isə dünyaya səs salıb desək, yanılmarıq.Bu möhtəşəm yürüşlərdə öndə gedən Prezidentin arxasınca yürüyən 70 min insanın ayaq səsləri “Xocalıya ədalət!” hayqırtısı idi. Ali Baş Komandanın iştirakı ilə paytaxtda 3 dəfə keçirilən ümumxalq yürüşü Azərbaycan dövlətinin Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin növbəti mərhələsi sayılır.Bu yürüşlər Azərbaycan xalqının sıx birliyini, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini bir daha nümayiş etdirdi. Bu aksiyalar təcavüzkar Ermənistana və onun havadarlarına növbəti mesaj idi – xalq işğalla barışmır, barışmayacaq da. Qəlbimizdə alışan qisas alovu ilə Xocalıda şəhid olan, əsir götürülərək min bir işgəncəyə məruz qalan soydaşlarımızın intiqamını alacağımıza and içmişdik – qisas qiyamətə qalmamalıdır. Qalmadı da…28 il sonra alınan qisasBu qətliamdan 28 il sonra andımız gerçəkləşdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi o andın yerinə yetdiyi savaş kimi Azərbaycan tarixində yeni səhifə açdı. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı. 44 günlük Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. Bununla da həmin şəhidlərin yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının ürəyinə su çilədilər.Gücləri yalnız əliyalın insanlara çatan mənfur ermənilər Xocalı soyqırımını törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq istəsələr də, buna nail ola bilmədilər. Bu faciə hər birimizi dərindən yaraladı, amma milli iradəmizi, azadlıq eşqimizi, işğalla barışmaz mövqeyimizi sarsıda bilmədi. Vətənimizin mərd oğulları döyüş meydanında Xocalı cəlladlarını məhv etdilər, faşist xislətli ermənilərə heç zaman yadlarından çıxarmayacaqları dərs verdilər.Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.Müzəffər Ordumuzun Qalib Komandanı İlham Əliyevin müjdələdiyi 8 Noyabr – Zəfər Günündə insanlar əllərində al qırmızı qərənfillər Şəhidlər xiyabanına, Xocalı soyqırımının daşlaşmış əksi – “Ana harayı” abidəsinə, bölgələrimizdəki şəhid məzarlarına ziyarətə axışaraq “Ruhunuz şad olsun, Vətənimin şəhid övladları, artıq uğrunda can verdiyiniz ana torpağımız, Qarabağ azadlığa qovuşub, Xocalıda qətl edilən günahsız insanların qanı yerdə qalmayıb”, – deyib həm kədər, həm də sevinc göz yaşları axıtdılar…Bu gün ötən əsrin soyqırımının 30-cu ildönümünü Xocalının qisasının alındığı gün kimi yad edirik. Soydaşlarımızın başına gətirilən bu müsibəti hayqırır, Xocalı faciəsində yaşananları bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırırıq. Çatdırırıq ki, dünya birliyi qatil xislətli ermənilərin əsl üzünə yaxından bələd olsunlar.Xocalı soyqırımı hər bir azərbaycanlının qəlbində dərin iz salmış qanlı bir yaradır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu bu yaranı vuran əli artıq kəsib. Cəmi 44 gün davam edən Vətən müharibəsini tarixi zəfərlə başa vuran Azərbaycan ermənilərin 5 il ərzində işğal etdikləri və 30 ilə yaxın bir müddət ərzində qoruyub-saxlamaq məqsədilə istehkamlar tikdiyi torpaqları geri aldı. Ölkənin ərazi bütövlüyü bərpa edildi. Azərbaycanın bu tarixi qələbəsi həm də bütün Cənubi Qafqazı erməni faşizmindən xilas etdi. Çünki erməni separatizminin utopik “böyük Ermənistan” ideyası, sadəcə, Azərbaycan üçün deyil, həm də bütün region ölkələri üçün əsl təhlükə idi. Amma Azərbaycanın “dəmir yumruğ”u bu təhlükənin qarşısını almaq üçün ən yetərli arqumentdir.Erməni faşistləri artıq İkinci Qarabağ müharibəsinin nəticələrindən ibrət götürməli və bundan sonra əllərinin ardınca başlarından da məhrum olmaq istəmirlərsə, özgəsinin torpaqlarına tamah salmaqdan və ən əsası da terrorçu əməllərindən birdəfəlik əl çəkməlidirlər. Əks təqdirdə qalib sərkərdə kimi Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq edən Prezident İlham Əliyevin söylədiyi kimi, istənilən cəhdə qarşı tədbirlər görüləcək, təxribatçılar dərhal cəzalandırılacaq. Ermənistan əhalisi yaxşı bilir ki, Azərbaycan Prezidenti söylədiyi fikirləri reallığa çevirən liderdir. Əgər bundan sonra separatçı, revanşist qüvvələr baş qaldırsa, nəticəsi onlar üçün çox ağır və acı olacaq.
26.02.2022
Xocalı soyqırımının 30-cu il dönümü münasibətilə tədbir keçirilmişdir
Xocalı soyqırımının 30-cu il dönümü münasibətilə tədbir keçirilmişdir. ATİAHİ Oğuz Rayon komitəsi və Elman Hüseynov adına Ərmənət kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu il dönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə ATİAHİ Oğuz Rayon komitəsinin sədri Fərman İbrahimov, Oğuz Rayon Təhsil Şöbəsinin metodkabinetinin müdiri Həqiqət Rəsulova, komitə və təhsil şöbəsi əməkdaşları, Ərmənət kənd tam orta məktəbinin direktor əvəzi Sənan Ramazanov və məktəbin pedaqoji kollektivi iştirak etmişlər .Tədbiri giriş sözü ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini Eyvaz Hüseynov açmışdır. Xocalı soyqırımı nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Eyvaz Hüseynov Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. O çıxışında 2020-ci ilin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını, 30 il həsrət qaldığımız torpaqların işğaldan azad olunduğu, eyni zamanda Xocalının və digər ərazilərin 44 günlük mübarizədə qisasının alındığını qeyd etmişdir. Tədbirdə ATİAHİ Oğuz Rayon komitəsinin sədri Fərman İbrahimov, Oğuz Rayon Təhsil Şöbəsinin əməkdaşı Həqiqət Rəsulova, Ərmənət kənd tam orta məktəbinin direktor əvəzi Sənan Ramazanov, məktəbin müəllimi Xəyal Verdiyev çıxış etmişlər. Onlarda öz çıxışlarında Xocalı soyqırımına görə xalqımıza edilən ədalətsizlikləri qeyd etmişlər. Məktəb tədbirində fəal iştirak etmiş şagirdlərə diplomlar təqdim olunmuşdur. Tədbirin sonunda ATİAHİ Oğuz Rayon komitəsinin sədri Fərman İbrahimov və Oğuz Rayon Təhsil Şöbəsinin metodkabinetinin müdiri Həqiqət Rəsulova tədbirin təşkilinə görə Elman Hüseynov adına Ərmənət kənd tam orta məktəbinin rəhbərliyinə və pedoqoji kollektinə minnətdarlıqlarını bildirmişlər.
25.02.2022
AHİK-in rəhbərliyi “Ana harayı” abidəsini ziyarət edib
Fevralın 26-da bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 30-cu ildönümüdür.Bununla əlaqədar olaraq, fevralın 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi hadisə qurbanlarının şərəfinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.Abidə önünə güllər düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.1-4.jpg 191.38 KBE21A0789-1.jpg 205.82 KB2-4.jpg 238.86 KB
25.02.2022
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib. Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.Əvvəlcə Xocalı faciəsi qurbanlarının, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətindən danışıb.Onun sözlərinə görə, ermənilərin millətçi-şovinist siyasətinin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur: “Azərbaycan toponimlərini dəyişmək, münbit əraziləri ələ keçirmək, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmaq şovinist erməni xislətinin əsas əlamətləridir. Onlar əsasən keçid dövrlərini, siyasi kataklizmləri özləri üçün əlverişli hesab etmiş və müəyyən təxribatlar, ağır cinayətlər törətmişlər”.AHİK sədri qeyd edib ki, ermənilər sovet hakimiyyəti dövründə - 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlının deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilməsinə məkrli planları ilə nail olmuşlar.O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edərkən ermənilərin Qarabağa olan iddialarının qarşısını qətiyyətlə alırdı: “Müdrik siyasəti, qabaqlayıcı tədbirləri, Qarabağda gördüyü abadlıq-quruculuq işləri və mədəni tədbirləri ilə ermənilərin qərəzli planlarını alt-üst edirdi. Nə qədər cidd-cəhd etsələr də, öz çirkin istəklərinə nail ola bilmirdilər. Ulu öndər Möskvada sovet rəhbərliyində təmsil olunan zamanlarda da ermənilərin əsasız iddialarının qarşısında sipər çəkmişdi, onlar səslərini belə çıxara bilmirdilər. Təəssüflər olsun ki, Heydər Əliyev böyük siyasətdən xəyanətkarcasına uzaqlaşdırıldıqdan cəmi 25 gün sonra Qarabağ məsələsi yenidən ortaya atıldı və alovlanmağa başladı”.“Xocalı faciəsi yalnız xalqımıza qarşı deyil, ümumilikdə insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət idi. Ermənilər tərəfindən məqsədli şəkildə törədilmiş bu qanlı cinayət hadisəsi Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi çox ağır və dəhşətlidir. Faciənin nəticələrindən belə qənaətə gəlmək olur ki, burada ermənilərin əsas məqsədi Xocalını yer üzündən silmək olub. Bu vəhşi əməliyyatda ermənilərlə yanaşı, Xankəndindəki 366-cı alayın 3 batalyonu, habelə xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar da yaxından iştirak etmişdilər. Hadisənin təşkilatçıları və ümumiyyətlə, birbaşa Xocalı soyqırımını törədənlər Robert Koçaryan, Serj Sarkisyan və digərləri olmuşlar. Hansı ki, bu cinayətkarlar, əlləri minlərlə dinc azərbaycanlının qanına bulaşmış qatillər uzun illər Ermənistana rəhbərlik etmişlər”, - S.Möhbalıyev bildirib.Xocalı faciəsinə ilk siyasi qiymətin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini xatırladan Milli Məclisin deputatı bildirib ki, məhz onun 1994-cü ildə imzaladığı fərmanla 26 fevral - Xocalı Soyqırımı və Milli Matəm Günü elan olunmuşdur.“2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası uğurla davam etdirilir. Kampaniya Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu qanlı faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında əhəmiyyətli rol oynayır, artıq bir sıra ölkələrdə bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilir”, - S.Möhbalıyev deyb.Bu vaxtadək Xocalı soyqırımı ilə bağlı Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələrinin qəbul edildiyini qeyd edən Konfederasiya sədri faciənin ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanındığını əlavə edib: “Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinin, habelə Heydər Əliyev Fondunun dünyada apardığı təbliğatın, haqqa-ədalətə çağırışın nəticəsidir”.“Azərbaycan həmkarlar ittifaqları da Xocalı soyqırımı ilə bağlı keçirilən kampaniyalarda, tədbirlərdə yaxından iştirak edir, öz dəstəyini göstərir. Həmçinin müxtəlif vaxtlarda Xocalıdan olan məcburi köçkünlərə maliyyə dəstəyi də göstərmişik”, - AHİK sədri vurğulayıb.“Bütün şəhidlərimizin, o cümlədən Xocalı şəhidlərinin qanı yerdə qalmadı. Çünki uğrunda can verdikləri Vətən torpağı bu gün azaddır. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il Ermənistanın işğalı altında olan torpaqlarımızı cəmi 44 gündə azad etdi. Babalarımızdan bizə miras qalan “Güc birlikdədir”, “Birlik olmayan yerdə dirilik də olmaz” kəlamlarını əsas tutaraq Ali Baş Komandanın ətrafında dəmir yumruğa dönən xalqımız qələbəmizin əsas təminatçısı oldu. İnanırıq ki, Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi möhkəm birlik əbədi olacaq, bizi növbəti, daha böyük qələbələrə sövq edəcək”, - S.Möhbalıyev fikrini belə tamamlayıb.274850685_4875257789195780_4924847891090641153_n.png 529.09 KB274713403_4875257035862522_9055378268408973608_n.png 405.81 KB274717108_4875258165862409_4391395132770525760_n.png 405.22 KB
24.02.2022
AHİK sədri Səttar Möhbalıyev Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin yubiley tədbirində iştirak edib
Fevralın 24-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin 30 illiyi münasibətilə yubiley tədbiri keçirilib.Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, dahi Liderə və bütün şəhidlərimizə dərin hörmət və ehtiramlarını bildiriblər.Otuzillik yubiley münasibətilə daimi nümayəndəliyin kollektivini və tədbirdə iştirak edən qonaqları təbrik edən Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov giriş nitqi ilə tədbiri açaraq rəhbərlik etdiyi daimi nümayəndəliyin yaranma tarixi, keçdiyi çətin və mürəkkəb yol, fəaliyyət istiqamətləri barədə ətraflı çıxış edib.Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev çıxışında Naxçıvanın geosiyasi mövqeyi, blokada şəraitində yaşadığı üçün respublikamızın paytaxtı ilə əlaqələrinin yaradılmasında rahatlığın təmin olunması məqsədilə yaradılan Daimi Nümayəndəliyi, doğrudan da, ulu öndər Heydər Əliyevin böyük mənaya malik olan əsəri kimi dəyərləndirib. Prezident İlham Əliyevin və Vasif Talıbovun müasir Naxçıvanın inkişafında xüsusi xidmətlərini yada salan AHİK sədri Naxçıvanın daimi nümayəndəliyinin respublikamızda çoxşaxəli fəaliyyətini, onun nüfuzunun artmasını ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa diqqəti ilə əlaqələndirib. Deputat eyni zamanda 30 illik yubiley münasibətilə kollektivi təbrik edib.sedr-nm-1.jpg 408.7 KB164570012349928555_1000x669.jpg 402.58 KB16457001255138950646_1000x669.jpg 327.47 KB
24.02.2022
Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur
“Azərbaycanın qonşu dövlətlərlə münasibətləri mehriban qonşuluq prinsiplərinə əsaslanır, etibarlı tərəfdaş kimi hər zaman öz dəyişməz mövqeyini nümayiş etdirir. Dövlətimizin başçısı cənab İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini regionda sülh və təhlükəsizliyin, sabitliyin təmin olunması təşkil edir. Təbii ki, bu, region dövlətlər tərəfindən yüksək qiymətləndirilir və Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər. Bu xüsusda Rusiya ilə münasibətlərimizi yüksək dəyərləndirərdim. Bütün sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Deyərdim ki, bu münasibətlər hər iki dövlətin qarşılıqlı maraqları çərçivəsində bütün sahələrdə özünü göstərir və hər iki dövlətin milli mənafeyinə əsaslanır. İqtisadi-ticari əlaqələrimizə nəzər salsaq, görərik ki, bu sahədə ildən-ilə artım müşahidə olunur. Belə ki, əmtəə dövriyyəsinin həcmi 3 milyard dolları keçib. Bu da, təbii ki, yüksək göstəricidir. Ölkəmizdə qeyri-neft sektorunun sürətli inkişafında da şimal qonşumuzla əlaqələr mühüm rol oynayır. Bu sahədə istehsal olunan mallar daha çox Rusiya bazarlarına ixrac olunur”.Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, hal-hazıradək ölkələrimiz arasında hüquqi baza təşkil edən 245 sənəd imzalanıb: “Bunların arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il tarixli Müqavilə, dostluq və strateji tərəfdaşlıq haqqında 2008-ci il tarixli Bəyannamə və hər iki ölkə prezidentlərinin 2018-ci il tarixli Birgə Bəyanatı münasibətlərimizin strateji xarakterini müəyyənləşdirib. Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində fevralın 22-də Moskvada imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” bəyannamə artıq münasibətlərimizi müttəfiqlik səviyəsinə qaldırı. Bu da hər iki ölkənin milli maraqlarına tam cavab verir, xalqlarımız arasında mövcud olan dostluq bağlarını daha da möhkəmləndirəcək. Bəyannamə iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial sahələrdə, eləcə də səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində yaxınlaşmasında əhəmiyyətli rol oynayacaq. Müstəqillik, dövlətlərimizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı məsələsi bəyannamədə xüsusi olaraq vurğulanır və müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimizin əsasını təşkil edir. Burada sülh və təhlükəsizlik məsələlərinə də xüsusi önəm verilir. Təbii ki, bu da dövlətimizin maraqları ilə tam uzlaşır. Bəyannamədə Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının yer alması diqqət çəkən məqamlardandır. Bildirilir ki, bəyanatların müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək veriləcək. Buradan çıxış edərək deyə bilərik ki, Ermənistan tərəfi imzaladığı bəyanatlarla üzərinə düşən öhdəlikləri mütləq yerinə yetirməlidir. Bu, regionda sabitliyin davamlı olması baxımdan xeyli əhəmiyyətlidir. Qeyd edək ki, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, qalib dövlət olaraq yaratdığı yeni konfiqurasiya, regionda sülh və təhlükəsizlik naminə səyləri, görünür, bütün dövlətlər, o cümlədən Rusiya tərəfindən də yüksək qiymətləndirilir və Azərbaycanla müttəfiqlik münasibətlərində maraqlıdır”.“Ümumilikdə bəyannamə iki ölkə arasında mövcud olan münasibətlərin müttəfiqlik mərhələsinə keçməsinə şərait yaradır. Eyni zamanda iqtisadi əlaqələrin inkişafına, qarşılıqlı investisiya qoyluşunun artmasına, turizim əlaqələrinin genişlənməsinə, bununla da xalqlarımızın rifah halının daha da yaxşılaşmasına yeni imkanlar açacaq. Yeri gəlmişkən, qətiyyətlə deyə bilərik ki, bəyannamə Ermənistanın uydurduğu digər bir mifin məhv olmasına gətirib çıxardı. Onlar uzun illər iddia edirdilər ki, Rusiya Ermənistanın ən yaxın müttəfiqidir. Hətta işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad edərkən ermənilər Rusiyanın onlar tərəfindən döyüşəcəyini iddia edirdilər. Amma dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Ermənistanın bu kimi niyyətlərini puça çevirdi”, – Milli Məclisin deputatı deyib.
23.02.2022
“Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibləri mükafatlandırılıb
Fevralın 22-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ötən il dekabrın 24-də ali məktəb tələbələri arasında keçirilmiş “Nə? Harada? Nə zaman?” intellektual oyunun qalibləri mükafatlandırılıb.Tədbirdə çıxış edən Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə qalib komandaları təbrik edib, onlara təhsil sahəsində daha böyük nailiyyətlər arzulayıb.Sonra qaliblərə - Bakı Mühəndislik Universiteti (I yer), Azərbaycan Dövlət İqtisad Universiteti (II yer) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (III yer) komandalarına diplom və qiymətli hədiyyələr təqdim edilib.IMG_8530.JPG 8.16 MBIMG_8532.JPG 7.18 MBIMG_8534.JPG 7.85 MB
22.02.2022
Azərbaycan naminə şərəfli missiya
Mehriban xanım Əliyeva böyük dayaq, mərhəmət və xeyirxahlıq örnəyidirAzərbaycan tarixində zamanın, hadisələrin məhvərini dəyişməyə qadir, sərkərdə ruhlu, siyasətdə, elmdə, mədəniyyətdə, incəsənətdə və digər bütün sahələrdə ciddi nəticələrə imza atan güclü qadınlar çox olub. Onlar cəmiyyətimizin inkişafında fəal iştirak edib, ona öz töhfələrini veriblər.Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan qadınlar təkcə ana deyil, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmurudurlar. Humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xəti ilə daxil olan şəxsiyyətlərdən biridir.Mütərəqqi islahatlar və ən doğru seçimBu gün ölkəmizdə Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası daha aydın görünür. Təsadüfi deyil ki, Mehriban Əliyevanın siyasi-ictimai fəaliyyəti təkcə ölkəmizdə deyil, həm də dünyada Azərbaycan qadınının obrazının formalaşmasında müstəsna rola malikdir.Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.Prezident İlham Əliyevin 21 fevral 2017-ci il sərəncamına əsasən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunmasından 5 il ötür. Bu kiçik dövrə ekskurs edib nəzər yetirsək, əlbəttə ki, ölkəmiz, xalqımız adına çox böyük işlərin görüldüyünə şahidlik etmiş olarıq.2016-cı il ölkəmizin tarixinə dərin islahatlar ili kimi düşdü. Bu islahatların müəllifi isə dünyada gedən siyasi prosesləri düzgün dəyərləndirərək milli maraqlarımız naminə tam müstəqil siyasət yürüdən, Azərbaycanı Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan dövlətə çevirən Prezident İlham Əliyevdir. Məhz ən islahatçı Prezidentin təşəbbüsü ilə keçirilən ümumxalq referendumunda seçicilərin etimadı xalqın dövlət başçısına inamının əyani göstəricisi idi. Xalq İlham Əliyevin elan etdiyi islahatlar konsepsiyasına birmənalı dəstəyini nümayiş etdirdi.Həmin ildə islahatların tərkib hissəsi kimi ölkəmizdə keçirilən ümumxalq referendumu ilə Konstitusiyaya dəyişikliklər edildi və Azərbaycanda yeni vitse-prezidentlik institutu yaradıldı. Eyni zamanda daha çevik idarəetmə mexanizmlərinin hüquqi bazası formalaşdırıldı. Yeni siyasi və iqtisadi islahatlar kursunun tərkib hissəsi olan dəyişikliklərin əsas mahiyyətini inzibati-hüquqi, ictimai-siyasi və sosial-iqtisadi sahələrdə keyfiyyət üstünlüyünü artırmaq, idarəçilik sistemini müasir çağırışlara cavab verən yönümdə təkmilləşdirmək təşkil edirdi.Vitse-prezidentlik vəzifəsinin təsis edilməsinin məqsədi dövlət strukturlarının fəaliyyətində səmərəliliyin və çevikliyin yüksəldilməsini, vətəndaşlar qarşısında öhdəliyin daha keyfiyyətli icrasına nail olunmasını, məmur məsuliyyətinin gücləndirilməsini təmin etmək idi. Bu baxımdan cənab Prezident tərəfindən vitse-prezidentlik institutunun yaradılması təklifinin ciddi əsasları var idi.Bu vəzifəyə Mehriban xanım Əliyevanın təyin edilməsi heç də təsadüfi deyildi. Çünki Mehriban Əliyeva həm Milli Məclisin deputatı kimi, həm də Heydər Əliyev Fondunun rəhbəri olaraq ölkə daxilində və beynəlxalq arenada mühüm layihələr həyata keçirirdi. Milli Məclisin deputatı olduğu zamanlar mütəmadi olaraq seçicilərlə görüşlər keçirir, onların qayğıları ilə maraqlanır, rəy və təkliflərini öyrənib, sosial problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görürdü. Seçicilərin dərin hörmət və rəğbətini qazanan Mehriban xanım Əliyeva parlamentdə dövlətimiz və xalqımızın maraqlarından çıxış edərək bir sıra vacib qanunların qəbul olunmasında yaxından iştirak edirdi. Bununla bərabər, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayır, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahəsində həyata keçirdiyi layihələr bu istiqamətlərin inkişafına əvəzsiz töhfə verirdi. Həmçinin Azərbaycan həqiqətlərinin, mədəniyyətinin dünyaya tanıdılması istiqamətində gördüyü işlər beynəlxalq aləmdə böyük əks-səda doğurur, bu layihələr Azərbaycanın dünyadakı mövqeyini daha da möhkəmləndirir, ölkəmizin qədim mədəni-tarixi köklərə malik olduğunu sübuta yetirirdi.Yüksək səviyyəli təşkilatçılıq məharəti, özünəməxsus idarəçilik xüsusiyyətləriVətəninə sonsuz sevgisi, milli-mənəvi dəyərlərə dərin hörməti, ölkənin ictimai-siyasi həyatındakı xidmətləri, xalqa olan tükənməz sevgisi onun ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdəndir. Bacarıqlı siyasi fəaliyyəti, yüksəksəviyyəli təşkilatçılıq məharəti, özünəməxsus idarəçilik xüsusiyyətləri, humanist yanaşma tərzi sayəsində Mehriban xanım Əliyeva bu vəzifənin öhdəsindən ləyaqətlə gəlir.Beş ildir ki, Birinci vitse-prezident vəzifəsində öz fəaliyyətini dövlətə, xalqa xidmət prinsipləri əsasında quran Mehriban xanım Əliyevanın bu dövrdə irəli sürdüyü və icrasına birbaşa rəhbərlik etdiyi layihələrin hər biri sosialyönümlüdür.Prezident İlham Əliyevlə birgə Mehriban xanımın ölkənin inkişaf strategiyasının hazırlanmasında, həyata keçirilməsində, həmçinin sosial, humanitar və iqtisadi layihələrin gerçəkləşməsində böyük əməyi var. Onun siyasi fəaliyyətinin kökündə humanizm dayanır. Mehriban xanım ölkənin sosial problemlərinin həllinə daha çox diqqət ayırır. O, hər zaman həssas əhali qruplarına qayğı ilə yanaşır, onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif təşəbbüslər irəli sürür, bayramlarda, dövlətimiz üçün əlamətdar günlərdə onlara sovqatlar, hədiyyələr göndərilir.İnsan yalnız həyatdakı əməlləri, xeyirxahlığı, gördüyü savab işlərlə əbədiyaşar olur, yaddaşlarda qalır, hafizələrdə iz buraxır, adı tarixə qızıl hərflərlə yazılır. Vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir.Mehriban xanım da öz fəaliyyəti ilə Azərbaycan qadınının müsbət obrazını yaradıb. O, istər ölkə həyatında, istərsə də beynəlxalq səviyyədə gördüyü nəcib və humanist işlərlə Azərbaycanı bütün dünyada uğurla təmsil edir. Bu xeyirxah əməlləri ilə Azərbaycan qadını adını ucalara qaldırır. Onun beynəlxalq səviyyədə əldə etdiyi uğurlar həm də Azərbaycan qadınının uğurudur. Fəxarətlə deyə bilərik ki, bu gün Azərbaycan qadını UNESCO və ICESCO-nun xoşməramlı səfiridir. Bu gün Azərbaycan qadınının təşəbbüsü ilə müsəlman ölkələrində xeyriyyə aksiyaları keçirilir, müsəlman uşaqların təhsili və sağlamlığı ilə bağlı davamlı layihələr reallaşdırılır, xarici ölkələrdə məktəblər tikilir. Görülən bu işlər xeyirxah və tərəqqipərvər missiyanın bütün dünya insanlarına faydalı olmaq məqsədi daşıdığını göstərir və dünya insanının savadlanmasına xidmət edir. Bir sözlə, Mehriban xanımın timsalında Azərbaycan qadınının xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsinə şahidlik edirik.Milyonların ümidi, pənah yeriBu gün bütövlükdə dünyanın, insanlığın bəlkə ən çox ehtiyac duyduğu məsələ xeyirxahlıq və mərhəmətdir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərməkdədir.Bütün imkan və bacarığını insanların yüksək rifahı naminə humanitar proqramların reallaşmasına, Azərbaycanın dünyada sivil ölkə kimi tanınmasına yönəldən Mehriban Əliyeva həm də daim köməyə ehtiyacı olan insanların yanındadır.İnsanlara bağlılığı onun daxilindən, mənəvi dünyasından, xoş münasibətindən irəli gəlir. Hər zaman elm, təhsil, səhiyyə sahələrində misilsiz xidmətlərinə, həmçinin xeyriyyəçilik xüsusiyyətlərinə görə Mehriban xanım Əliyeva xalqımızın qəlbində, yaddaşlarda, qayğıkeş, xoşməramlı məğrur Azərbaycan qadınının obrazını yaradıb. Çünki onun xidmətlərinin sevinci yüzlərlə insanın ömür səhifəsinə yazılıb, neçə-neçə ailəyə səadət bəxş edib, kimsəsizlərə həyat eşqi verib, onların qəlbində işıqlı sabaha inamı artırıb.Mehriban xanım Əliyeva bu gün həm də valideyn himayəsindən məhrum olan uşaqların mənəvi anası, böyük dayağıdır. Harada yardıma möhtac biri varsa, o, Mehriban xanımın pənahındadır. Birinci xanım xeyirxah qəlbinin səsi ilə bütün qüvvəsini, zamanını təmənnasız olaraq insanların rifahı, xoşbəxt yaşamı uğrunda sərf edir. Təsadüfi deyil ki, bu gün Azərbaycan Prezidentindən sonra insanların ən çox müraciət etdiyi şəxs məhz Mehriban Əliyevadır. Bu, bir daha insanların Birinci vitse-prezidentə olan tükənməz sevgisinin, etibarının, inamının göstəricisidir.Əlbəttə ki, bu xeyirxahlıqdan, nəcib əməllərdən, sosial layihələrdən danışarkən Mehriban Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyil. Artıq 18 ildir ki, əsasında mərhəmət, şəfqət, xeyirxahlıq kimi ali dəyərlər dayanan Heydər Əliyev Fondu öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir.Ümumiyyətlə, Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Ulu Öndər Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb. Xalqın milli-mənəvi dəyərlərini, tarixi kimliyini, milli özünəməxsusluğunu qoruyub saxlayan, həmçinin gələcək nəsillərə də ötürməyi bacaran Ulu Öndər Heydər Əliyev daim elmin, təhsilin, milli-mənəvi dəyərlərin böyük hamisi və qoruyucusu olmuşdur. Heydər Əliyev Fondu məqsədyönlü fəaliyyəti ilə hər zaman bu amala sadiqliyini nümayiş etdirir.Əldə olunan çoxşaxəli uğurlarımızda fondun prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Ümummilli Liderin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, xalqımızın gələcəyi naminə bir sıra əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu milyonların ümid, pənah yerinə çevrilmiş, qarşıya qoyduğu vəzifələri lazımınca yerinə yetirmək iqtidarında olduğunu sübut etmişdir. Məhz fondun misilsiz xidmətləri nəticəsində Azərbaycan həqiqətləri bu gün dünya ölkələrində yayımlanır, ölkəmizin siyasi, ictimai, mədəni mənzərəsi yüksək səviyyədə təbliğ edilir.Heydər Əliyev Fondu Azərbaycanın digər ölkələrlə dialoqunun genişləndirilməsinə də töhfəsini verir. Bu münasibət fondun beynəlxalq əməkdaşlığına gözəl imkanlar yaradır. Mədəni irsin qorunması üçün Heydər Əliyev Fondu bir sıra memarlıq abidələrini, o cümlədən Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal sarayını bərpa edib. Mehriban xanım Əliyeva müsahibələrinin birində belə deyir: “Fondumuz Parisdə on dördüncü əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan Orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək etmişdir. Mədəni və humanitar əlaqələrin qurulması ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Mədəni əməkdaşlıq bir-birimizi necə tanıdığımızı üzə çıxarır, bir-birimizin tarixini, mədəniyyətini, ənənələrini necə bildiyimizi göstərir”.Azərbaycanın birinci xanımının genişmiqyaslı proqram və layihələri sırasında təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədi də dayanır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı təhsil sahəsində saysız nailiyyətlərə səbəb olub. Bu layihə çərçivəsində yüzlərlə məktəb, onlarca uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilib, təmir olunub, yüksək standartlarla təchiz edilib. Belə müasir məktəblər yeni üfüqlər açır, şagirdlər üçün yeni imkanlar yaradır. Onun “Təhsilə dəstək” layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir, hətta xarici dövlətlərdə belə elmə və təhsilə diqqət göstərir. Belə ki, fondun təşəbbüsü ilə Yəhudi Təhsil Mərkəzi, Fransız Məktəbi yaradılıb. Pakistanın Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikdirib. Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilib və ya təmir edilib.Göründüyü kimi, Azərbaycanın birinci xanımının həyata keçirdiyi layihələr ölkə hüdudları ilə məhdudlaşmayıb, ümumbəşəri mahiyyəti ilə diqqəti cəlb edir. Birinci vitse-prezidentin xüsusən də Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirmək, dini tolerantlığı, multikulturalizmi gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti beynəlxalq miqyasda təqdir edilir.Bu gün Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır. Gənclərin sağlam şəraitdə böyüməsi, pis vərdişlərdən uzaq olması, ümumiyyətlə, ölkədə bədən tərbiyəsinin hərtərəfli inkişafı prioritet təşkil edir. Əminliklə deyə bilərik ki, dövlətimizin bütün dünyada tanıdılmasında, təbliğində Prezident İlham Əliyevin uğurla tətbiq etdiyi idman siyasətinin xüsusi yeri olub. Milli Olimpiya Komitəsinin və onun İcraiyyə Komitəsinin üzvü, həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi Mehriban xanım Əliyeva da bu sahədə böyük işlər görüb, idman hərəkatının davamlılığına əvəzsiz töhfələr verib. Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, gimnastika üzrə dünya kuboku yarışlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi məhz onun adı və yüksək təşkilatçılıq keyfiyyətləri ilə bağlıdır. Təbii ki, bu cür beynəlxalq yarışlar ölkəmizə məxsus mədəniyyətin təbliğinə, idman ölkəsi kimi beynəlxalq miqyasda tanınmasına, beləliklə, ölkəmizə böyük turist axınına səbəb olub. Hamıya məlumdur ki, Azərbaycan COVID-19 virusu ilə mübarizədə nümunəvi ölkə olaraq bütün dünya dövlətləri tərəfindən təqdir olundu. Bu barədə hətta beynəlxalq təşkilatların iclaslarında da söz açıldı. Bu sahədə dövlət siyasəti ilə yanaşı, Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanımın xidmətləri danılmazdır. Qlobal pandemiya dövründə fond minlərlə ailəyə yardım etdi, kimsəsizə əl tutdu.Şəhid ailələri, müharibə əlilləri, məcburi köçkünlərin böyük dayağıBirinci vitse-prezidentin fəaliyyətində ən mühüm məqamlardan, istiqamətlərdən birini, bəlkə də birincisini şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edib.Hər il, demək olar, bir neçə dəfə şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, qəhrəmanlarımızın, igidlərimizin ailələri ilə görüşür, onların problemlərini dinləyir və yerindəcə həllinə nail olmağa çalışır.Bu gün torpaqları azadlıqda olan keçmiş qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövləti tərəfindən görülən bütün işlərdə Mehriban xanım Əliyevanın əməyi və diqqəti həmişə minnətdarlıqla qarşılanıb.Hər il doğum gününü məcburi köçkünlərlə keçirən və həmin tədbirdə “Qarabağ şikəstəsini Qarabağda dinləmək” arzusunu ifadə edən Mehriban xanımın və xalqımızın arzusu çin oldu. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsl sərkərdəliyi ilə Azərbaycan Ordusu Qarabağı düşmən tapdağından azad etdi və mədəniyyətimizin paytaxtı Şuşa şəhərində ifa edilən Qarabağ şikəstəsi bütün Azərbaycana yayıldı.Vətən müharibəsi zamanı Mehriban xanım Əliyeva güclü qadın kimi şəhid ailələrini ailəsi bildi. Qarabağ müharibəsində əlil olan oğullara qardaş dedi, hələ də övladlarının yoxluğuna inanmayan, gözü yolda qalan anaları bağrına basdı, onlara ana dedi, qarşılarında baş əydi. Onun böyüklüyü, əxlaqı, görüb-götürdükləri, ailə dəyərləri böyük ehtiram və məhəbbətlə qarşılanır.Bu gün işğaldan azad olunan torpaqlarımızda erməni vandalları tərəfindən darmadağın edilmiş mədəni-dini abidələrimizin bərpası prosesi davam etdirilir. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Heydər Əliyev Fondu azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlayıb. Fondun təşəbbüsü ilə bu torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi və Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Eyni zamanda Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir.Şuşada fond tərəfindən bəzi obyektlərdə aparılan bərpa işləri cəmi bir neçə aya başa çatdırılıb. 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Vaqifin muzey-məqbərə kompleksinin yenidənqurma işlərindən sonra açılışı olub.Heydər Əliyev Fondunun dəstəyi ilə Şuşada həyata keçirilən layihələrdən biri də görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışıdır. Üzeyir bəy Hacıbəylinin Şuşadakı heykəli 1985-ci ildə 100 illik yubileyi münasibətilə ucaldılmışdı. Heykəltaraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib. Fondun dəstəyi ilə Üzeyir bəy Hacıbəylinin bürüncdən hazırlanan heykəli Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb və ötən il avqustun 29-da açılışı olub. Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb.Üzeyir bəy Hacıbəylinin Şuşadakı ev-muzeyi də Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Şuşa şəhərindəki Xalçaçılıq Qalereyası, mühüm tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksindəki təmir və bərpa işləri də Heydər Əliyev Fondu tərəfindən həyata keçrilib.2021-ci il ərzində Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə bir sıra mədəniyyət tədbirləri də reallaşıb. “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri respublikamızın həyatında böyük mədəniyyət hadisəsinə çevrilməklə yanaşı, xalqımızın Vətən müharibəsindəki Zəfərini, Şuşanın qədim Azərbaycan şəhəri olduğunu dünyaya bəyan etdilər. Həmçinin Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Şuşada “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir”, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” və “Yaddaş. Fotoqrafik tarix” sərgiləri də təşkil olunub. Bunlarla yanaşı, “Xarıbülbül” musiqi festivalı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Ağdamda “Xarıbülbül” beynəlxalq incəsənət festivalı da keçirilib. İlk dəfə keçirilən festivalda 13 ölkəni təmsil edən 32 rəssam Vətən müharibəsində qazanılan tarixi Zəfərə həsr olunan nadir əsərlər ərsəyə gətiriblər. Layihənin əsas məqsədi müxtəlif ölkələri təmsil edən sənətkarlar vasitəsilə işğal altında olan ərazilərdəki dağıntının miqyasını, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qarşı qəsbkarlığı beynəlxalq auditoriyaya çatdırmaq olub.Fevralın 13-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri çərçivəsində bu məsələyə toxunan dövlət başçısı dedi ki, bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir.Ən sadiq silahdaşXeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub, həyatımızın bütün sahələrinə dərindən nüfuz edib.Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezidentİlham Əliyevin ən yaxın silahdaşı olmasıdır. Bu gün Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür.Mehriban xanım Əliyevanın danılmaz xidməti, gördüyü işlər çoxşaxəli və misilsizdir. Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban xanım Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafında çox böyük çəkiyə malikdir.Bu gün Mehriban Əliyeva özünə xas olan yüksək işgüzar və mənəvi keyfiyyətləri, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə ona həvalə edilən vəzifəni layiqincə daşıyır, ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına mühüm töhfələr verir.Təkcə Birinci vitse-prezidentin ötənilki fəaliyyətinə nəzər yetirsək, görərik ki, Mehriban xanım Əliyeva ölkəmizin yüksəlişinə və beynəlxalq nüfuzunun daha da artmasına necə böyük töhfələr verib.Ötən il fevralın 11-də Birinci vitse-prezident ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində keçirilən “Qadınlar və qızlar elmdə” videokonfrans formatında tədbirdə çıxış edib. ICESCO-nu 2021-ci ilin “Qadınlar ili” elan etməsi ilə bağlı təşəbbüsünə görə təbrik edən Mehriban Əliyeva bildirib ki, bu, yalnız təşkilat tərəfindən qadınların cəmiyyətimizdəki roluna verilən əhəmiyyətin təzahürü deyil, həmçinin onların daha firavan və təhlükəsiz dünya naminə misilsiz töhfəsinin təsdiqidir.Avqustun 26-da Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunun Mərdəkan qəsəbəsində Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın, Şüvəlan qəsəbəsində 12 saylı xüsusi internat məktəbinin yeni inşa edilən yataqxana korpusunun, Buzovna qəsəbəsində yenidən qurulan 229 saylı uşaq bağçasının açılışlarında iştirak edib.Sentyabrın 24-də Birinci vitse-prezident Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən 88 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. Bütün bunlar bir daha göstərir ki, Heydər Əliyev Fondunun fəaliyyətində prioritet sahələr sırasında elm və təhsilin inkişafı üzrə proqram və layihələr xüsusi yer tutur. Fondun 2014-cü ildən reallaşdırdığı “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bu sahədə mövcud problemlərin həllinə yönəlib. Heydər Əliyev Fondu qeyd olunan proqramı həyata keçirməklə bu istiqamətdə əhəmiyyətli töhfəsini verir. Proqram çərçivəsində təmirə ehtiyacı olan bağçaların yenidən qurulması və yeni bağçaların inşası həyata keçirilməkdədir.Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Lakin indiyədək mərkəzin özünün daimi yerləşdiyi binası olmayıb. Ötən ilin sonunda Bakının Nizami rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilən Autizm Mərkəzinin istifadəyə verilməsi autizm spektr pozuntulu uşaqlar üçün əsl hədiyyə oldu. Mərkəzin ötən ilin son günündə keçirilən açılışında Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.Göründüyü kimi, Birinci vitse-prezident Mehriban Əliyevanın ötən il həyata keçirdiyi fəaliyyəti həm çoxşaxəli, həm də məhsuldar olub. Bu fəaliyyətin təhlili göstərir ki, görülən bütün işlər, atılan addımlar yalnız bir məqsədə – Prezident İlham Əliyevin inkişaf strategiyasının uğurla reallaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edir.Əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın ötən 5 ildə göstərdiyi fəaliyyət, gördüyü işlər çoxşaxəli və misilsizdir. Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafı içərisində çox böyük çəkiyə malikdir.Ötən beş ilin yekunları göstərir ki, Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi bundan sonra da fəaliyyəti ilə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasına layiqli töhfələr verəcək.
20.02.2022
AHİK-in Respublika Turizim və Ekskursiyalar Şurasının inzibati binası təmir olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK-in Respublika Turizim və Ekskursiyalar Şurasının inzibati binasında aparılan əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.Şuranın sədri İlmir İsmayılov binada yaradılan şəraitlə bağlı AHİK sədrinə məlumat verib.Bildirib ki, binanın bütün otaqları yüksək standartlara uyğun təmir edilib, müasir texniki avadanlıqlarla təchiz olunub, əməkdaşların səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb.Otaqlara baxış keçirən S.Möhbalıyev yaradılmış şəraitdən razı qaldığını bildirib və kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.2-1-scaled.jpg 518.34 KB3-2-scaled.jpg 365.99 KB5-scaled (1).jpg 369.26 KB1-1-1920x1285 (1).jpg 361.23 KB
16.02.2022
Heydər Əliyev Fondunun Şərqi Zəngəzur və Qarabağda məscidlərimizin bərpası istiqamətində gördüyü işlər çox əhəmiyyətlidir
“İşğaldan azad olunmuş ərazilərimizin – Şərqi Zəngəzurun və Qarabağın bərpası istiqamətində kompleks tədbirlər görülür. Demək olar ki, yalnız dövlətimizin maliyyə imkanları hesabına, heç bir kənar maliyyə dəstəyi olmdan yeni şəhər və kəndlər salınır. Üç hava limanının inşa olunması, 100 kilometrlərlə dəmir yolunun, minlərlə kilometr avtomobil yolunun çəkilməsi, həmçinin abadlıq-quruculuq işləri çərçivəsində icra olunan digər layihələr ölkəmizin gücünü və qüdrətini nümayiş etdirir. Baxmayaraq ki, son illər məlum səbəblərdən dünyada bütün sahələrdə ağır böhran yaşandı və bu gün də onun fəsadları tam aradan qaldırılmayıb. Amma ölkəmizin sahib olduğu iqtisadi imkanlar, həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə görülən qabaqlayıcı kompleks tədbirlər sayəsində Azərbaycan bu sınaqlardan üzüağ çıxdı. Bunun bariz nümunəsi özünün maliyyə imkanları hesabına dövlətimiz tərəfindən qısa müddətdə işğaldan azad olunmuş ərazilərimizdə görülən işlərdir. Təkcə 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır”.Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fevralın 13-də Ağdam rayonuna səfəri zamanı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışları, həmçinin Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və yeni yaşayış kompleksinin təməllərinin qoyulması burada aprılan kompleks tədbirlərin miqyasını və əhəmiyyətini göstərir. Ən vacib məqamlardan biri, təbii ki, doğma yurdlarına qayıdacaq sakinlərin məşğulluğunun təmin olunmasıdır. Bu baxımdan Ağdam Sənaye Parkının əhəmiyyətinin miqyası çox böyükdür. Sənaye Parkı ümumilikdə ölkəmizdə qeyri-neft sektorunun inkişafında, sahibkarlığın genişləndirilməsində mühüm rol oynayacaq. Bu gün ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli şərait mövcuddur, onlara hərtərəfli dövlət dəstəyi göstərilir. İşğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Ağdamda onların səmərəli fəaliyyəti üçün geniş imkanlar yaradılır. Bütün bu tədbirlər ölkəmizin iqtisadi qüdrətinə daha da güc qatacaq”.“Mən işğaldan azad olunmuş ərazilərimizdə Heydər Əliyev Fondu tərəfindən görülən işləri xüsusi olaraq vurğulamaq istərdim. Belə ki, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond Qarabağdakı dini abidələrimizin, məscidlərimizin restavrasiyasına başlayıb və burada aparılan digər işlərə mühüm töhfələr verir. Ağdam Cümə məscidinin bərpa-restavrasiyasını da Fond həyata keçirir. Yaxın vaxtlarda bu məscidin də əvvəlki tarixi görkəmi özünə qaytarılacaq, burada olan erməni vandallığının bütün izləri aradan qaldırılacaq. Qeyd edim ki, işğal dövründə ən çox dağıntılara məruz qalan ərazimizdən biri Ağdam rayonu olub. Bura, demək olar ki, xarabalığa çevrilmişdi. Artıq bu gün dövlətimiz tərəfindən aparılan yenidənqurma və bərpa işləri sayəsində rayonun mənzərəsi dəyişməkdədir. İnanırıq ki, yaxın gələcəkdə rayonun bərpası tamamilə yekunlaşacaq və Azərbaycanın inkişaf etmiş rayonlarından birinə çevriləcək”, – Milli Məclisin deputatı bildirib.
16.02.2022
Əmək müqaviləsinə xitam verilmiş təhsil işçiləri ilə görüş keçirilmişdir
15 fevral 2022-ci il tarixdə ATİAHİ Oğuz Rayon komitəsinin tədbirlər planına uyğun olaraq 2021-2022-ci tədris ilinin I yarımilində çalışmanın yaş həddi ilə bağlı əmək müqaviləsinə xitam verilmiş təhsil işçiləri ilə görüş keçirilmişdir. Tədbirdə Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov, ATİAHİ Oğuz Rayon komitəsinin sədri Fərman İbrahimov, komitə və təhsil şöbəsi əməkdaşları və dəvət olunmuş təhsil işçiləri iştirak etmişlər. ATİAHİ Oğuz Rayon komitəsinin sədri Fərman İbrahimov və Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov çıxış edərək təqaüdə göndərilən təhsil işçilərinə səmimi arzularını bildirmişlər. Təhsil işçilərindən Kərimov Kərim, Hacıyev Xatun, Həsənov Nazim çıxış edərək belə bir tədbirin təşkilinə görə ATİAHİ Oğuz Rayon Komitəsinə minnətdarlıqlarını bildirmişlər. Tədbirin sonunda çalışmanın yaş həddi ilə bağlı əmək müqaviləsinə xitam verilmiş təhsil işçilərinə hədiyyələr təqdim olunmuşdur.Oguz.jpeg 96.03 KB
15.02.2022
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan gənclərini təbrik edib
Təbrikdə deyilir:“2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ölkəmizin gənclərini səmimi qəlbdən təbrik edir, müstəqil Azərbaycanın tərəqqisi naminə onlara böyük nailiyyətlər arzulayıram!Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin gənclər siyasəti bu gün Azərbaycan gəncliyinin inkişafında əhəmiyyətli rol oynamaqdadır.Dövlətimizin başçısı cənab İlham Əliyevin gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamları gənclərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunun bariz nümunəsidir.Fəxarətlə deyə bilərik ki, Azərbaycan gənclərinin qazandığı uğurlar dünyaya səs salmaqdadır. Bütün sahələrdə, o cümlədən idman, təhsil, incəsənət və digər sahələrdə gənclərimiz dünya miqyasında böyük nailiyyətlər əldə edirlər.Artıq ikinci ildir ki, gənclərimiz öz bayramlarını qalib ölkənin vətəndaşları kimi qeyd edirlər. 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi döyüş ruhu, vətənpərvərlik, qəhramanlıq dünya gənclərinə nümunə oldu.Azərbaycan həmkarlar ittifaqları dövlətimiz tərəfindən müəyyən olunan gənclər siyasətinə həmişə fəal dəstək verir, gənclərlə bağlı bir sıra layihələr həyata keçirir. Gənclərimiz də həmkarlar ittifaqlarının fəaliyyətində mühüm rol oynayır, inkişafına əhəmiyyətli töhfələr verir.Bu gün Azərbaycan gəncliyi dövlətimizin hərtərəfli inkişafında yaxından iştirak edir, dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək parlaq gələcəyə doğru inamla irəliləyir.Azərbaycan gəncləri, Sizi ürəkdən təbrik edirəm! Bayramınız mübarək”.
02.02.2022
02 fevral 2022-ci il tarixdə ATİAHİ Oğuz Rayon komitəsinin tədbirlər planına uyğun olaraq "2 fevral Gənclər günü "münasibətilə tədbir keçirilmişdir.
02 fevral 2022-ci il tarixdə ATİAHİ Oğuz Rayon komitəsinin tədbirlər planına uyğun olaraq "2 fevral Gənclər günü "münasibətilə tədbir keçirilmişdir.Tədbir başlamışdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilmişdir. Tədbirdə Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov, ATİAHİ Oğuz Rayon komitəsinin sədri Fərman İbrahimov, komitə və təhsil şöbəsi əməkdaşları və gənclər iştirak etmişlər. ATİAHİ Oğuz Rayon komitəsinin sədri Fərman İbrahimov, Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov çıxış edərək gənclərə öz səmimi təbriklərini çatdırılmışlar. Gənc pedoqoji müəllimər, Məmmədli Şəbnəm, Zamanlı Aygün, Yusifli Fidan çıxış edərək tədbirin təşkilinə görə ATİAHİ Oğuz Rayon komitəsinə öz minnətdarlıqlarını bildirmişlər.Gənclərə qiyməti hədiyyələr təqdim olunmuşdur. Tədbir çay süfrəsi arxasında davam etdirilmişdir.
02.02.2022
Bizimlə əlaqə