Oğuz rayonunda şəhid övladının doğum günü qeyd edilib

Qırx dörd günlük Vətən müharibəsində şəhid olmuş Oğuz rayonundan olan müəllim Rəvan Lətifovun oğlu Ömürün dekabrın 29-da 4 yaşı tamam olub.
Bu münasibətlə ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, komitənin əməkdaşı Sevinc Məsimova, rayon Təhsil sektorunun əməkdaşları - Etiram Qəhrəmanov və Həqiqət Rəsulova şəhidin ailəsin ziyarət ediblər. Ömürə ad günü hədiyyələri verilib, təbriklər səslənib. Həmçinin şəhid müəllimin məzarı üstünə gedən iştirakçılar ruhuna dualar oxuyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
412981804_389820180218543_4673083600181121682_n.jpg 130.11 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo