Oğuzda 65 yaşı tamam olan müəllimlərlə görüş keçirilib

Oğuzda 65 yaşı tamam olan müəllimlərlə görüş keçirilib

 ATİAHİ Oğuz rayon komitəsi tərəfindən 2022-2023-cü tədris ilinin birinci yarımilində çalışmanın yaş həddi ilə bağlı əmək müqaviləsinə xitam verilmiş təhsil işçiləri ilə görüş keçirilib.Görüşdə Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, komitənin və təhsil sektorunun əməkdaşları və dəvət olunmuş təhsil işçiləri iştirak ediblər.Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən F.İbrahimov yubiley münasibətilə müəllimləri təbrik edib, pedaqoji fəaliyyətlərini yüksək qiymətləndirib, rayon təhsilinin inkişafında misilsiz xidmətlərindən danışıb.S.Nəbiyev çıxışında bildirib ki, dövlətimiz təhsil sahəsinə xüsusi diqqət yetirir, müasir məktəb binaları tikilir, təmir edilir, invertarlarla təchiz edilir, müəllimlərin ardıcıl olaraq əməkhaqları artırılır. Həmçinin qeyd edib ki, ölkəmizdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, müasir elmi-biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb. O, yubiley yaşı olan müəllimlərə təbriklərini çatdırıb, onlara uğurlar arzulayıb.Sonda Oğuz rayon komitəsi tərəfindən 65 yaşı tamam olan müəllimlərə hədiyyələr təqdim olunub. 0c89e544-c667-4b72-a688-ee824980952f.jfif 91.99 KB0ff9007b-8ddc-4c63-931d-8342ba3f1728.jfif 84.96 KB3d740087-42dc-4bae-9365-03507ffd4208.jfif 95.06 KB20d362f6-375e-4970-911a-7742e24fa755.jfif 94.35 KB40f837ee-f987-44a2-bffb-a17ff12aa125.jfif 79.54 KB8471dbcc-b725-4d68-afb3-90000118f0bc.jfif 98.63 KBb0f2ada4-9e22-4b18-b47c-6832e6d17cc1.jfif 80.03 KBb9a6fa08-dd47-49c4-b60e-1a23fbe44c96.jfif 99.75 KBb98b7512-33b9-45ed-9827-adbbaf2bb5ff.jfif 96.23 KBd2c561e1-4d9c-4f3f-9e62-7b19bdfb5d0d.jfif 100.97 KBefd60fa4-3336-48d2-a029-8b80dd20b854.jfif 102.01 KBf0a3ad9c-4b38-4199-874b-3613664814dd.jfif 81.4 KB

14.12.2022

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin VII Məclisi keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin VII Məclisi keçirilib

Dekabrın 7-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) VII Məclisi keçirilib.Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Sonra ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyi ilə Məclis üzvlərini tanış edib. Gündəlikdə “ATİAHİ RK-nın Məclis üzvləri arasında qismən dəyişiklik edilməsi barədə”, “2021-2023-cü illər üçün bağlanmış Kollektiv Saziş və kollektiv müqavilələrin əmək münasibətləri, əməkhaqqı və əmək normaları, iş və istirahət vaxtı bölməsindəki maddələrinin yerinə yetirilməsi ilə bağlı üzv təşkilatların gördükləri işlər barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcə göstəricilərinin təsdiqi barədə”, “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi aparatının və üzv təşkilatlarının  ştat cədvəlinin təsdiqi barədə”, “ATİAHİ-nin Nizamnaməsinə qismən dəyişiklik edilməsi barədə” məsələlər öz əksini tapıb.İclasda gündəlikdə duran hər bir məsələ ilə bağlı müvafiq qərarlar qəbul edilib.“2021-2023-cü illər üçün bağlanmış Kollektiv Saziş və Kollektiv Müqavilənin şərtlərinin  yerinə yetirilməsi ilə bağlı üzv təşkilatların fəaliyyəti barədə” məsələnin müzakirəsi zamanı qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış Baş Kollektiv Sazişə əsaslanaraq ATİAHİ RK və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arasında 2021-2023-cü illər üçün Kollektiv Saziş bağlanıb. Həmin Kollektiv Sazişi eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsini, “Həmkarlar İttifaqları Haqqında” Azərbaycan Respublikasının Qanununu, təşkilatın Nizamnaməsini və Respublika Komitəsinin qərar və tövsiyələrini əldə rəhbər tutaraq şəhər və rayon həmkarlar ittifaqı komitələri müvafiq təhsil şöbələri ilə, ilk təşkilatlar isə müvafiq təhsil müəssisəsi rəhbərləri ilə kollektiv müqavilə bağlayıblar.Kollektiv Saziş və müqavilələrdə təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları, o cümlədən əməyinin ödənilməsi qaydaları və miqdarı, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi, iş və istirahət vaxtı, məzuniyyətlərin müddətləri haqqında şərtlər, işçilərin əmək şəraitinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi, işəgötürənin təşəbbüsü ilə işçinin əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqı təşkilatı ilə razılaşmaların aparılması və digər mühüm öhdəliklər öz əksini tapıb.Qeyd olunub ki, Respublika Komitəsi tərəfindən ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının pozulması ilə əlaqədar daxil olan müraciətlər, eyni zamanda şifahi daxil olan müraciətlər ciddi şəkildə araşdırılıb, müvafiq köməklik edilib. Eyni zamanda Kollektiv Sazişdə öz əksini tapan müvafiq öhdəliyin yerinə yetirilməsi nəticəsində 2022-ci ildə 6 437 nəfər əlil təhsil işçisinə əlavə əməkhaqqının verilməsinə nail olunub.Məsələyə münasibət bildirən S.Möhbalıyev qeyd edib ki, bunun təmin edilməsi müsbət nəticə kimi qeyd edilməlidir. O həmçinin bildirib ki, rayon, şəhər və rayon hüquqlu komitələr daim kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinə nəzarət etməlidir. Həmçinin kollektiv müqavilə hazırlanan zaman bu sənədin kollektiv arasında müzakirəsi təmin edilməli, ittifaq üzvlərini narahat edən problemlər nəzərə alınmalıdır. Eyni zamanda ittifaq üzvlərinin müraciətlərinə həssas yanaşılmalı, onları narahat edən problemlərin həllinə köməklik göstərmək lazımdır.Sonra “ATİAHİ-nin Nizamnaməsinə qismən dəyişiklik edilməsi barədə” məsələ müzakirə edilərək qərar qəbul edilib.Daha sonra iclasda 2023-cü təqvim ili üçün ATİAHİ RK-nın büdcə göstəriciləri və RK Aparatının ştat cədvəli təsdiq edilib.Tədbirin sonunda S.Möhbalıyev gələcək fəaliyyətlə bağlı rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrlərinə tövsiyələrini çatdırıb.1-2.jpg 103.91 KB2-2.jpg 204.65 KB3-1.jpg 111.73 KB4-1.jpg 161.39 KB5.jpg 66.86 KB

07.12.2022

AHİK sədri Səttar Möhbalıyev BHİK-nın vitse-prezidenti seçilib

AHİK sədri Səttar Möhbalıyev BHİK-nın vitse-prezidenti seçilib

17-22 noyabr 2022-ci il tarixində Avstraliya İttifaqının Melbrun şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) V Dünya Qurultayı keçirilib.Qeyd edək ki, BHİK 2006-cı ildə Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası və Ümumdünya Əmək Konfederasiyasının birləşməsi nəticəsində yaranıb və həmkarlar ittifaqı hərəkatının inkişafına dəstək olan böyük təşkilatdır. Qurum 161 ölkədə 200 milyon işçinin hüquqlarını müdafiə edir və tərkibində 325 milli üzv təşkilatı yer alıb.BHİK-nın əsas missiyası həmkarlar ittifaqları arasında beynəlxalq əməkdaşlıq, qlobal kampaniyalar və dünyəvi institutlarda vəkillik vasitəsilə işçilərin hüquq və maraqlarını təşviq etmək və qorumaqdır.Təşkilatın əsas fəaliyyət istiqamətlərinə həmkarlar ittifaqları və insan hüquqları, iqtisadiyyat, cəmiyyət və layiqli iş yeri, bərabərlik və ayrı-seçkiliyin olmaması, beynəlxalq həmrəylik daxildir.BHİK həmkarlar ittifaqı demokratiyası və müstəqilliyi prinsiplərinə riayət etməklə Baş Şura və İcraiyyə Bürosu tərəfindən 4 ildən bir keçirilən Dünya Qurultayı tərəfindən idarə olunur.Onun regional təşkilatları Asiya və Sakit Okean üzrə Regional Təşkilatı, Afrika üzrə Regional Təşkilatı və Amerika üzrə Regional Təşkilatdır. Bununla yanaşı, BHİK Avropa Həmkarlar İttifaqları Konfederasiyası və Pan Avropa Regional Şurası ilə əməkdaşlıq edir.Təşkilat  Qlobal Birlik Federasiyaları və Həmkarlar İttifaqları Məsləhət Komitəsi (TUAC) ilə əlaqələr saxlayır, Beynəlxalq Əmək Təşkilatı və BMT-nin bir sıra digər ixtisaslaşmış qurumları ilə əməkdaşlıq edir.V Dünya Qurultayı çərçivəsində Avropa Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının Baş katibi Luka Visentini BHİK-in Baş katibi, xanım Akiko Gono (Yaponiya Həmkarlar İttifaqları Konfederasiyası) isə BHİK-in prezidenti seçilib.Dünyanın ən böyük beynəlxalq həmkarlar ittifaqları təşkilatı olan BHİK-nın Qurultayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) geniş tərkibdə nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin rəhbəri AHİK sədri, Azərbaycan Milli Məclisinin deputatı, Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev yenidən BHİK-nın vitse-przidenti vəzifəsinə seçilib. 161 dünya ölkələrinin daxil olduğu və 3 regional təşkilatı olan  BHİK-nın Ümumi Şurasında və İcraiyyə Komitəsində Avropa ölkələrinin həmkarlar ittifaqları təşkilatlarının təmsilçisi kimi məhz AHİK sədrinin vitse-prezident seçilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırmaqla  yanaşı, AHİK-ə üzv təşkilatlar və əməkçilər üçün də qürurvericidir.Yeni seçilən Baş katiblə görüşən S.Möhbalıyev onu təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan həmkarlar ittifaqları BHİK ilə hərtərəfli münasibətə böyük əhəmiyyət verir, təşkilatın üzvləri ilə səmərəli əməkdaşlıq edir.  L.Visentini ilə əvvəlki görüşləri və aparılan fikir mübadilələrini xatırladan S.Möhbalıyev ümidvar olduğunu bildirib ki, BHİK bundan sonra da qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək, milli həmkarlar ittifaqları arasında əlaqələr daha da genişlənəcəkdir. L.Visentini təbrikə görə, S.Möhbalıyevə təşəkkür edib və AHİK-in fəaliyyətini yüksək dəyərləndirib.AHİK sədri Səttar Möhbalıyev həmçinin Yaponiya Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti xanım Tomoko Yoşino ilə də görüşüb. Görüşdə Yaponiya və Azərbaycanın həmkarlar ittifaqları arasında olan münasibətlərdən, təşkil olunan qarşılıqlı səfərlərdən, aparılan fikir mübadilələrinin səmərəli nəticələrindən danışılıb. Azərbaycanın bir qrup həmkarlar ittifaqı fəalının Yaponiyaya səfərini xatırladan S.Möhbalıyev bunun əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Qeyd olunub ki, hər iki tərəf bundan sonra da münasibətlərin dərinləşdirilməsi istiqamətində səylə çalışacaqlar.Avstraliyanın Baş naziri Entoni Albaneze də qurultayda iştirak edərək milli həmkarlar ittifaqlarına qarşıya qoyulan ağır və məsuliyyətli işdə öz məqsədlərinə çatmaları üçün uğurlar arzulayıb. Həmçinin Yeni Zelandiya hökumətinin başçısı Casinda Ardern qurultayda video müraciətlə cıxış edib.0d21e020-13ad-4da9-9c2b-01b6db7bb7e3.jpg 142.67 KB1234.jpg 519.45 KB

23.11.2022

8 noyabr – Zəfər Günü Füzuli rayonundakı “N” saylı hərbi hissədə qeyd olundu

8 noyabr – Zəfər Günü Füzuli rayonundakı “N” saylı hərbi hissədə qeyd olundu

8 noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Füzuli rayonunun Horadiz qəsəbəsində yerləşən “N” saylı Hərbi Hissədə bayram tədbiri təşkil edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək hərbi hissənin şəxsi heyətini AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin adından təbrik edib. Bildirib ki, Azərbaycan güclü və yüksək əhval ruhiyyəyə malik ordusu olan bir ölkədir. Biz iki il öncə qırx dörd günlük zəfər savaşında bunun bir daha şahidi olduq: “Azərbaycan ordusunun gücünü 2020-ci ilin sentyabr-noyabr aylarında bütün dünya gördü. Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları və silahlı qüvvələrini darmadağın etdi, uzun illər ərzində işğal olunan torpaqlarımızı işğaldan azad etdi. 44 gün ərzində müzəffər Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi, kapitulyasiyaya uğradı və müvafiq bəyanatın imzalanmasına məcbur edildi. Bu, Azərbaycanın tam və şərtsiz qələbəsinin əyani sübutudur”.M.Cəfərzadə əlavə edib ki, Ordumuzun 44 günlük zəfər yürüşü tək torpaqlarımızın azad edilməsi ilə tarixə düşmədi. Həm də dünyanın hərb tarixində xüsusi vurğulanacaq, dünyada müasir müharibələrin aparılması strategiyasında ciddi dəyişikliklərə səbəb olacaq uğurlu döyüş əməliyyatları kimi yadda qalacaq: “Azərbaycan ordusu ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Eyni zamanda döyüş meydanı ilə yanaşı diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana çoxsaylı diplomatik və siyasi təzyiqlər göstərildi. Öz siyasətini xalqın maraqları əsasında quran möhtərəm Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi”.ATİAHİ Respublika Komitəsi sədrinin müavini qeyd edib ki, Azərbaycan Ordusu hər an torpaqlarımızın müdafiəsinə hazırdır. Öz növbəsində “N” saylı hərbi hissənin rəhbərliyi göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevə, eləcə də ATİAHİ Respublika Komitəsinə təşəkkür edib. Sonra tədbir Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin konsert proqramı ilə davam etdirilib. Tədbirdə II Qarabağ müharibəsində iştirak edən, Füzuli rayonunun təhsil müəssisələrində çalışan bir qrup müharibə veteranına Fəxri Fərman və qiymətli hədiyyə, o cümlədən “N” saylı hərbi hissəyə 4 ədəd televizor hədiyyə olunub. IMG_9040.JPG 2.8 MBIMG_9041.JPG 3.84 MBIMG_9058.JPG 1.39 MB

10.11.2022

Oğuzda

Oğuzda "Zəfərə gedən yol" adlı tədbir keçirilib

Oğuz rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən yol" adlı tədbir keçirilib.Oğuz rayon Təhsil sektoru və ATİAHİ Oğuz rayon komitəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə sektorun müdiri S.Nəbiyev, komitənin sədri Fərman İbrahimov həmin qurumların əməkdaşları, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçıları, şəhid ailələri, qazilər iştirak ediblər.Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Komitənin sədri F.İbrahimov bildirib ki, şanlı Zəfərlə cənab İlham Əliyev hər bir azərbaycanlının qəlbində əbədi heykəlini ucaltdı və bir daha alternativsiz Lider olduğunu isbatladı. Qarabağı “dəmir yumruq”la azad edən Ali Baş Komandan bu gün dəmir iradə ilə qədim yurdumuzu yenidən qurur. Bütün şəhər və qəsəbələrin, rayonların, kəndlərin baş planını təsdiq edir və aparılan tikinti-quruculuq işləri ilə şəxsən maraqlanır. İşğaldan azad edilən ərazilərimizə Qalib Sərkərdə kimi səfər edərək düşmənə gözdağı verir.Təhsil sektorunun müdiri S.Nəbiyev Zəfər Günü münasibətilə iştirakçıları təbrik edərək parlaq qələbəni şanlı tariximizin qızıl səhifəsi adlandırıb. Əbədi torpaqlarımızın azad edilməsi uğrunda canlarını qurban verən şəhidlərin yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının əbədi qəhrəmanları olduğunu deyib.Tədbirdə  Oğuz şəhər H.Babayev adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi D.Rəhimova “Azərbaycanın tarixi Zəfəri haqqın qələbəsidir” adlı məruzə ilə çıxış edib. O, məruzəsində qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsi zamanı əzəli torpaqlarımız, nəhayət ki, mənfur düşmən işğalından azad edildi. Haqq savaşımızda Qələbə qazanan igid döyüşçülərimiz dövlətçilik tariximizin yeni Zəfər dolu şanlı səhifəsini yazdılar. Həmişə olduğu kimi, bu gün də Ordumuz xalqımızın qürur mənbəyidir. Uzun illər ərzində doğma yurd həsrətimizə son qoyulduğu tarix - 8 Noyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Zəfər Günü kimi qeyd edilir.“Azərbaycan xalqının misilsiz həmrəyliyi” mövzusunda çıxış edən M.Kərimov adına Bayan kənd tam orta məktəbin kitabxanaçısı Z.Umarova 44 gün davam edən "Dəmir yumruq" əməliyyatı zamanı xalq-ordu birliyinin şahidi olduğumuzu, Qələbəyə görə, Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Ordusunun hərbi qulluqçularına və bütün xalqımıza minnətdar olduğumuzu vurğulayıb. Sonra Vətən müharibəsi iştirakçıları - Y.Şəfiyev adına Xalxal kənd tam orta məktəbin kitabxanaçısı S.Əhmədov və Qarabaldır kənd ümumi orta məktəbin coğrafiya müəllimi C.Kamilli çıxış edərək əsgərlərimizin keçdikləri döyüş yolundan danışıblar. Onlar Azərbaycanın igid oğullarının Vətən müharibəsində göstərdikləri şücaəti, qəhrəmanlığı Vətənə olan sonsuz sevginin ifadəsi kimi dəyərləndiriblər.Sonda şəhid ailələri və müharibə iştirakçılarına hədiyyələr verilib. 45ad0f7f-f7f6-47f6-8a36-c01d983c38e8.jfif 79.38 KB1bb9977a-e5ee-4cf2-b0d2-da893703a025.jfif 81.59 KB82c5170c-45fb-471f-9321-34dd7d57f2c8.jfif 70.22 KB73749efe-c95e-4386-99b1-811a8344c904.jfif 95.87 KB98b87c3a-8935-4715-9a31-cb0e6cf9dd73.jfif 67.83 KB69c1babd-eafd-4331-94e9-1bf9601907be.jfif 75.18 KB

10.11.2022

AHİK şəhid və qazi ailələrinə bayram hədiyyələri göndərib

AHİK şəhid və qazi ailələrinə bayram hədiyyələri göndərib

Vətəndaşların qayğısına qalmaq, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq, həmçinin şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı aillərərə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi dəstəyi göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür.Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid insanlara qayğı göstərirlər.Hər bir sahədə olduğu kimi, Heydər Əliyev Fondu bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə fərqlənir. Belə ki, Fondun prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, onlar üçün bayram süfrələri təşkil olunur.Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır. Bu yöndə dövlətimizin bütün çağrışlarına adekvat cavab verir, həmçinin öz təşəbbüsləri ilə xeyirxah addımlar atırlar.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin qərarları əsasında 2020-ci il aprelin 29-da respublikanın 76 şəhər və rayonunda yaşayan 3 900, 2021-ci il martın 17-də 3 900, həmin il mayın 8-də 4 000, bu il martın 16-da 4 065 şəhid ailələri və qazilər, həmçinin aztəminatlı ailələr üçün ərzaqla dolu avtomobil karvanları yola salınıb.Bundan başqa, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına orada yaşayan həmin kateqoriyadan olan ailələrə sovqat göndərilməsi üçün maliyyə vəsaiti ayrılıb. Ümumilikdə bu günə qədər AHİK tərəfindən 15 minə yaxın aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb.Bu nəcib missiyanın davamı olaraq noyabrın 5-də qarşıdan gələn Zəfər Günü ilə əlaqədar AHİK İcraiyyə Komitəsinin qərarı əsasında respublikanın rayonlarında yaşayan 5500 şəhid və qazi ailəsi üçün ərzaq dolu avtomobil karvanı yola salınıb. Bura Naxçıvan Muxtar Respublikasında yaşayan şəhid və qazi ailələri də daxildir. AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.Jurnalistlərə müsahibəsində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, ölkəmizdə Zəfər bayramı ilə əlaqədar həmrəylik yaşanır: “Bütün dövlət orqanları, ictimai təşkilatlar, o cümlədən vətəndaşlarımız şəhid ailələrinin üzvləri ilə, qazilərlə, veteranlarla görüşür, qayğıları ilə maraqlanır, onlara sovqatlar verirlər.Onlar dövlətimizin qayğıları ilə tam əhatə olunub. Demək olar ki, bütün ehtiyacları dövlət tərəfindən hərtərəfli qarşılanır. Bu da hər birimizə məlumdur ki, Azərbaycan öz şəhidlərinə ən ali qiyməti verən nadir ölkələrdəndir.Kimliyindən asılı olmayaraq, hər birimizin müqəddəs borcudur ki, Vətən uğrunda canından keçən oğul və qızlarımızı unutmayaq, onların valideyinlərinə, həyat yoldaşlarına, yadigar qalan övladlarına dəstək olaq”.S.Möhbalıyev qeyd edib ki, həmkarlar ittifaqları şəhid ailələrinə və qazilərə mütəmadi dəstək verir: “Onlara maliyyə yardımı göstərir, şəhid övladlarının bir qisimini himayəyə götürüb, istirahətlərinin mənalı keçirilməsi, sağlamlıqlarının qorunması üçün yollayışlarla təmin edir. Bu gün qarşıdan gələn Zəfər bayramı münasibətilə 4500 şəhid ailəsi və qazilər üçün sovqatlar yola saldıq. Əsas məqsədimiz əziz gündə onları yad etmək, maddi-mənəvi dəstək olmaqdır. Ötən gün biz AHİK tərəfindən övladları himayəyə götürülən şəhidlərimizin ailə üzvlərinin bir qismi ilə görüşdük, qayğıları ilə maqlandıq. Bu, bizim hər birimizin müqəddəs borcudur. Çünki onlar əzizlərini bu Vətən, torpaq yolunda şəhid veriblər”.Milli Məclisin deputatı əlavə edib ki, bu tipli layihələrimizi bundan sonra da davam etdirəcəyik.AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi1-3.jpg 203.96 KB2-3.jpg 205.86 KB3-3.jpg 175.27 KB4-2.jpg 147.22 KB5-3.jpg 206.13 KB

05.11.2022

Oğuzda şəhidin anım mərasimi keçirilib

Oğuzda şəhidin anım mərasimi keçirilib

 Oktyabrın 27-də Oğuz rayonunda şəhid Anar Əliyevin anım mərasimi keçirilib.Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, həmçinin komitə və təhsil sektorunun nümayəndələri iştirak ediblər. Şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək ruhuna dualar oxunub.Sonra mərasim iştirakçıları şəhidin ailəsində olub, qayğıları ilə maraqlanıblar. Şəhidin ailəsinin üzvləri həm dövlətimiz, həm də təşkilatlar tərəfindən onlara göstərilən diqqətdən razılıqlarını ifadə ediblər. Şəhidin ailəsinə maddi-mənəvi dəstək göstərilib. 313300442_192895586577671_2648815056499073909_n.jpg 81.49 KB313256185_192895553244341_1081784002790671532_n.jpg 65.31 KB313290489_192895529911010_3316013553557112390_n.jpg 71.22 KB311932854_192895506577679_757906090363729731_n.jpg 73.64 KB

02.11.2022

ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edib

ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edib

Oktyabrın 31-də 2021-2022-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi və “Gənc həmkarlar ittifaqı lideri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, ATİAHİ RK-nın sədr müavinləri və şöbə müdirləri, ali təhsil ocaqlarında fəaliyyət göstərən həmkarlar ittifaqlarının sədrləri, tələbələr iştirak ediblər.Öncə Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdə çıxış edərək Azərbaycanda həyata keçirilən dövlətimizin gənclər siyasətindən bəhs edib: “Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan dövlətimizin gənclər siyasəti onun müzəffər davamçısı cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu gün uğurla davam etdirilir. Gənclərin potensial imkanlarından bütün sahələrdə səmərəli istifadə edilir. Prezidentin müvafiq sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan edildi. Həmçinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramını, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondunun yaradılmasını, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi və digər addımları xatırlatmaq istərdim”.S.Möhbalıyev qeyd edib ki, həmkarlar ittifaqları tərəfindən dövlətimizin gənclər siyasətinə yüksək dəstək verilir, ATİAHİ RK bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil edir, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı sistemli layihələr həyata keçirir. Onun sözlərinə görə, aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır, Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur:Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan daha 65 ali məktəb tələbəsinə Komitənin adlı təqaüdünün təqdim edilməsi mərasimi başlayıb.Qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ-nin adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə, uğur əldə etmiş 2719 nəfər tələbə bu təqaüddən yararlanıb.Tədbirdə Komitə tərəfindən təşkil edilmiş “Gənc həmkarlar ittifaqı lideri” müsabiqəsinin qalibləri də mükafatlandırılıb.Məlumat üçün bildirək ki, bu müsabiqənin keçirilməsində məqsəd tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizamı, ali təhsil müəssisələri və həmkarlar ittifaqlarının işində fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan fəalların müəyyən edilməsi, onların arasında sağlam rəqabət mühitinin formalaşdırılması, tələbələrin elmə, təhsilə, yaradıcılığa, idmana və ictimai işlərə sövq edilməsidir.Çıxış edən tələbələr ölkəmizdə gənclərlə bağlı həyata keçirilən layihələrdən, bu sahəyə olan dövlət qayğısından, gənclərin bütün sahələrdə, o cümlədən elm-təhsil və idman sahəsində qazandığı nailiyyətlərdən bəhs ediblər. Gənclər həmçinin ölkəmizdə onların inkişafı üçün yaradılmış şəraitdən razılıqlarını bildirib, buna görə də dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Vurğulanıb ki, Azərbaycan həmkarlar ittifaqları gənclərin təhsilə marağının yüksəldilməsi, sağlamlıqlarının qorunması, idmanın təbliği, asudə vaxtlarının səmərəli təşkili istiqamətində mühüm layihələr həyata keçirir. Bütün bunlar ölkə gəncliyinin hərtərəfli inkişafına əhəmiyyətli stimul verir.Sonda tələbələr onlara göstərilən dəstəyə görə, Azərbaycan həmkarlar ittifaqlarına təşəkkür ediblər.1-8.jpg 168.11 KB2-5.jpg 112.06 KB3-5.jpg 109.7 KB4-5.jpg 138.76 KB5-4.jpg 155.77 KB7-3.jpg 180.51 KB8-3.jpg 143.71 KB9-1.jpg 131.24 KB

02.11.2022

Mil-Muğan Regional Təhsil İdarəsində ilk həmkarlar ittifaqı komitəsi təsis edilib

Mil-Muğan Regional Təhsil İdarəsində ilk həmkarlar ittifaqı komitəsi təsis edilib

Mil-Muğan Regional Təhsil İdarəsində ilk həmkarlar ittifaqı komitəsi təsis edilib. Təsis iclasında ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, ATİAHİ Sabirabad rayon komitəsinin sədri Seyidhüseyn Hüseynov və idarə işçiləri iştirak ediblər.Yığıncaqda təhsilin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi Nağıyev Fərahim İbrahim oğlu ilk həmkarlar təşkilatının sədri seçilib. ATİAHİ-nin məsul əməkdaşları yeni sədrə müvəffəqiyyətlər arzulayıb, bir sıra təlimatlar veriblər.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin tədbir iştirakçılarına salamlarını çatdıran M.Cəfərzadə ATİAHİ-nin gördüyü işlər, həyata keçirdiyi layihələr, aztəminatlı və şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərdiyi maddi-mənəvi dəstək barədə məlumat verib.Digər çıxış edənlər cəmiyyətimizin həyatında həmkarlar ittifaqlarının rolundan fəaliyyət istiqamətlərindən, həyata keçirdiyi nəcib missiyalardan danışıblar. WhatsApp Image 2022-11-01 at 15.01.49.jpeg 44.21 KBWhatsApp Image 2022-11-01 at 15.01.48.jpeg 60.48 KB

02.11.2022

ATİAHİ Respublika Komitəsinin nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

ATİAHİ Respublika Komitəsinin nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

13-14 oktyabr 2022-ci il tarixində Qazaxıstanın Astana şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsi, Beynəlxalq Əmək Təşkilatı və Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Təhsil işçilərinin gələcəkdə layiqli işlə təmin edilməsi üçün fundamental əmək hüquqları və beynəlxalq həmkarlar ittifaqları hərəkatının hədəfləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda BƏT-in nümayəndəsi Qoça Aleksandria,  Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti Larri Flanaqan, Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Suzan Flokan, Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Satıbaldı Dauletalin, eləcə də Mərkəzi və Şərqi Avropa ölkələrində təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının nümayəndələri iştirak edib. Beynəlxalq tədbirdə ATİAHİ Respublika Komitəsi Respublika Komitəsinin katibi, Maliyyə şöbəsinin müdiri Mübariz Eyvazovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Tədbirdə M.Eyvazov “Böhran vaxtı və ondan sonrakı dövrlərdə təhsil sektorunda sosial dialoqun vəziyyəti” mövzusunda təqdimatla çıxış edib.İki gün davam edən konfransda həmçinin beynəlxaq təşkilatların nümayəndələrinin, eləcə də ayrı-ayrı ölkələrin həmkarlar ittifaqı təşkilatlarının nümayəndələrinin məruzələri dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb.   

17.10.2022

Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı Bakı şəhərində təşkil edilib

Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı Bakı şəhərində təşkil edilib

Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi”, “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının Bakı şəhərində təqdimatı keçirilib.Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rrespublika Komitəsinin təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində ATİAHİ Respublika Komitəsi sdərinin müavini Mirzə Cəfərzadə, Respublika Komitəsinin katibi, Əməkhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov, Təşkilat Şöbəsinin müdiri Emil Rüstəmov, Bakı şəhəri üzrə rayon komitələrinin, Bakı şəhərində yerləşən qaçqın və məcburi köçkün rayonlarının sədrləri, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri, eləcə də həmkarlar ittifaqı fəalları iştirak ediblər. Tədbirlər Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra kitabların təqdimatı ilə bağlı ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və başqaları çıxış edib.  Qeyd olunub ki, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bunun göstəricisidir ki, Azərbaycanda bir birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Beləliklə də, ölkənin davamlı sosial-isqtiadi inkişafı təmin edilir. Çıxış edənlər həmçinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının rolundan danışıblar. Tədbirdə həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.WhatsApp Image 2022-10-17 at 12.16.44.jpeg 230.11 KBWhatsApp Image 2022-10-17 at 12.16.43.jpeg 283.81 KB

15.10.2022

Oğuzda şəhidin anım mərasimi keçirilib

Oğuzda şəhidin anım mərasimi keçirilib

Oktyabrın 2-də Oğuz rayonunun Xalxal Qışlaq kəndində şəhid Şahin Cəfərlinin anım mərasimi keçirilib.Tədbirdə ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, kənd icra nümayəndəliyinin, təhsil müəssisələrinin əməkdaşları, kənd ictimaiyyəti, şəhidin ailəsi və yaxınları iştirak ediblər.Mərasimdə Şahin Cəfərlinin döyüş yolundan, Vətənə olan sevgisindən, həmçinin 44 günlük Vətən müharibəsində döyüşən əsgər və zabitlərimizin rəşadətindən, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən, Qarabağın mirvarisi Şuşanın azad olunmasından, bu gün Şərqi Zəngəzurda və Qarabağda aparılan abadlıq-quruculuq işlərindən danışılıb. Qeyd olunub ki, xalqımız Vətən uğrunda şəhid olmuş oğul və qızlarının əziz xatirəsini daim uca tutacaq, onları hər zaman ehtiramla yad edəcək.Şəhidin ailəsi və yaxınları dovlətimiz tərəfindən onlara göstərilən diqqətdən razı qaldıqlarını bildirib və bunun üçün dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla hər kəsə təşəkkür ediblər.Tədbir iştirakçıları şəhid Şahin Cəfərlinin məzarını ziyarət edib, üzərinə gül dəsətələri düzüb, ruhuna dualar oxuyublar.    309093838_187518427115387_3579470684887781184_n.jpg 281.94 KB309162712_187518387115391_6085898110321518438_n.jpg 236.86 KB

04.10.2022

Oğuz rayon komitəsi qarşıda duran vəzifələri müzakirə edib

Oğuz rayon komitəsi qarşıda duran vəzifələri müzakirə edib

Sentyabrın 23-də ATİAHİ Oğuz rayon komitəsinin iclası keçirilib. İclasda Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, komitə işçisi və ilk təşkilat sədirləri iştirak ediblər. Öncə Vətən uğurunda şəhid olmuş oğul və qızların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.F.İbrahimov gündəliyə “2021-2022-ci tədris ilinin yekunları, yeni dərs ilində qarşıda duran vəzifələr” və “Sənədləşmə işinin təşkili vəziyyəti” məsələlərinin daxil edildiyini bildirib. Sonra o, gündəlikdə duran məsələlər barədə geniş çıxış edib, təşkilat sədrlərinə müəyyən tapşırıqlar verib.İlk təşkilat sədrləri - Tahir Abdıyev və Elnur İsrafilov da gündəliklə ətrafında öz fikirlərini bildirib, təkliflərini irəli sürüblər.Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev həmkarlar ittifaqlarının fəaliyyətini yüksək qiymətləndirib, növbəti tədris ilində onlara uğurlar arzulayıb.307325266_185533203980576_6791076376708184652_n.jpg 95.74 KB307309778_185533170647246_799489357549864393_n.jpg 122.65 KB306969745_185533160647247_6617479659801635289_n.jpg 95.33 KB

26.09.2022

Astarada Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı keçirilib

Astarada Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çap edilmiş kitabların təqdimatı keçirilib

Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən çap edilmiş “BƏT-in dayanıqlı inkişafa dair proqram və proseslərində səmərəli iştirakı üçün AHİK-in potensialının gücləndirilməsi”, “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycan Respublikasında görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrü üçün hesabat” kitablarının Astara şəhərində təqdimatı keçirilib.Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rrespublika Komitəsinin təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində ATİAHİ Respublika Komitəsi sdərinin müavini Mirzə Cəfərzadə, Respublika Komitəsinin katibləri, Maliyyə şöbəsinin müdiri Mübariz Eyvazov, Əməlhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov, Təşkilat Şöbəsinin müdiri Emil Rüstəmov, rayon komitələrinin, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri, eləcə də həmkarlar ittifaqı fəalları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Astara rayon Heydər Əliyev Mərkəzini ziyarət edərək orada saxlanılan eksponatlarla tanış olublar.Tədbirlər Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra kitabların təqdimatı ilə bağlı ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və başqaları çıxış edib.  Qeyd olunub ki, dayanıqlı sosial-inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdəndir. Bunun göstəricisidir ki, Azərbaycanda bir birini tamamlayan strateji layihələr, sosial-iqtisadi proqramlar həyata keçirlir. Beləliklə də, ölkənin davamlı sosial-isqtiadi inkişafı təmin edilir. Çıxış edənlər həmçinin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqı təşkilatlarının rolundan danışıblar. Tədbirdə həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.IMG_8806.JPG 6.28 MBIMG_8810.JPG 5.85 MBIMG_8816.JPG 5.9 MBIMG_8819.JPG 6.42 MB

23.09.2022

Oğuzda qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclərlə görüş keçirilib

Oğuzda qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclərlə görüş keçirilib

Sentyabrın 9-da Oğuz rayonunda bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərlə görüş keçirilib.Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri, rayon məktəblərinin rəhbərləri, müəllimlər, valideynlər, ATİAHİ Oğuz rayon komitəsinin əməkdaşları və rayon ziyalıları iştirak ediblər.Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.Regional təhsil idarəsinin Oğuz rayonu üzrə Təhsil sektorunun müdiri Sərdar Nəbiyev bildirib ki, bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 334 məzundan 183-ü tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 29 nəfəri 500-700 bal arası, o cümlədən 2 nəfər 600 baldan yuxarı nəticə göstərib. O, tələbə adını qazanmış gəncləri təbrik edib, onlara təhsil sahəsində bundan sonra da böyük nailiyyətlər arzulayıb.Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı şəhid Nail İbrahimlinin anası Aqibət İbrahimova, Oğuz şəhər internat tipli liseyin direktoru Qəmzə Süleymanova, Xaçmaz kənd 2 nömrəli tam orta məktəbin fizika müəllimi Günay Hacılı, Oğuz şəhər N.İbrahimli adına 3 nömrəli məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova, yüksək bal toplayan məzun Nurcan Nafızadə çıxış edərək ölkəmizdə təhsilin inkişafından, bu sahəyə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs ediblər.Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov ümummilli lider Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqətdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Son illər ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər, həyata keçirilən irimiqyaslı layihələr dövlətin təhsilin inkişafına göstərdiyi qayğının bariz nümunəsidir. Təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu da xüsusi olaraq qeyd edilib.Sonda tələbə adını qazanmış gənclərə  hədiyyələr təqdim olunub.300941704_182683287598901_4652324990978542321_n.jpg 62.7 KB305498260_182683254265571_4520976285336318186_n.jpg 103.86 KB305648060_182683244265572_6488312416297844913_n.jpg 108.38 KB305576311_182683234265573_4167402882805625646_n.jpg 108.75 KB

14.09.2022

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo