Pedaqoji Universitetdə ölkəmizdə ilk dəfə “Təhsildə Estoniya təcrübəsi” Beynəlxalq konfransı təşkil edilib

Pedaqoji Universitetdə ölkəmizdə ilk dəfə “Təhsildə Estoniya təcrübəsi” Beynəlxalq konfransı təşkil edilib

Oktyabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə Estoniya təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın açılış mərasimində Milli Məclisin deputatı Mehriban Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Məsimi çıxış ediblər. Çıxışlarda Azərbaycan təhsil sistemində əldə olunan nailiyyətlər diqqətə çatdırılaraq müasir qabaqcıl təhsil sistemlərinin uğurlu təcrübələrinin də öyrənilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, konfransın keçirilməsində əsas məqsəd Estoniyanın təhsil sistemi ilə tanış olmaq və bu sahədə təcrübə mübadiləsi aparmaqdır.Konfransda Estoniya Təhsil və Tədqiqatlar Nazirliyinin yeni tədris proqramlarının hazırlanması üzrə işçi qrupunun üzvü, Tallin Universitetində təhsilin idarəolunması üzrə müəllim, Eston Dili İnstitutunun tədqiqatlar üzrə layihə rəhbəri, psixoloq Stanislav Nemerjitski, Estoniyada dövlət bağçalarının mentoru, Tallin Məktəbəqədər Təhsil üzrə Direktorlar Assosiasiyasının İdarə Heyətinin üzvü Riina Ləil, Estoniyada “Lingatore” xarici dil tədrisi mərkəzinin rəhbəri, xarici dil tədrisi üzrə metodist, baş müəllim Evelin Müüripeal, Estoniyanın təhsildə inteqrasiya üzrə Dövlət Proqramının mentoru, “Təhsildə ilin adamı” mükafatı laureatı Sənəm Əliyeva təqdimatla çıxış edərək öz təcrübələrini bölüşüblər.Təqdimatlarda “Estoniyanın PISA uğuru: əsas səbəblər”, “İdarəetməni dəyişin: uşaqyönümlü öyrənmə mühitini necə yaratmaq olar?”, “Estoniya təhsilinə baxış”, “Effektiv öyrənmə mühiti” kimi mövzulara toxunulub, müzakirələr aparılıb.WhatsApp Image 2024-10-19 at 21.12.53 (4).jpeg 182.88 KBWhatsApp Image 2024-10-19 at 21.12.53 (3).jpeg 507.75 KBWhatsApp Image 2024-10-19 at 21.12.53 (2).jpeg 464.27 KBWhatsApp Image 2024-10-19 at 21.12.53 (1).jpeg 190.73 KBWhatsApp Image 2024-10-19 at 21.12.53.jpeg 198.77 KB

19.10.2024

“Gənclik İnnovasiya Forumu: Yeni Perspektivlər” layihəsinin təqdimatı keçirilib

“Gənclik İnnovasiya Forumu: Yeni Perspektivlər” layihəsinin təqdimatı keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ Respublika Komitəsi) təşkilatçılığı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) 4-cü kurs tələbəsi Zəhra Əhmədzadənin “Gənclik İnnovasiya Forumu: Yeni Perspektivlər” layihəsinin təqdimatı keçirilib. Tədbirdə ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Tədbiri giriş sözü ilə M.Cəfərzadə açaraq layihə barədə ümumi məlumat verib və qeyd edib ki, ATİAHİ Respublika Komitəsi yeni təşəbbüs və layihələrin, o cümlədən tələbələrin problemlərinin həllinə yönəlmiş layihələrin dəstəklənməsində maraqlıdır. M.Cəfərzadə bildirib ki, layihənin məqsədi gənclərin bilik və bacarıqlarının artırılması, onların startap ekosistemində fəal iştirakının dəstəklənməsidir.Sonra Z.Əhmədzadə layihə ilə bağlı təqdimat edib. Layihədə Azərbaycan universitetlərinin tələbə həmkarlar ittifaqı komitələrinin fəal iştirakı və birgə əməkdaşlığı ilə geniş işçi komandalarının yaradılması nəzərdə tutulur. Bu komandalar tələbələrin müxtəlif sahələrdə bilik və bacarıqlarını inkişaf etdirmək, startap və innovasiya layihələrində gənclərin daha aktiv iştirakını təmin etmək üçün təşkil olunacaqdır. Həmçinin, müxtəlif universitetlərin tələbə həmkarlar ittifaqı komitələri arasında sıx əlaqələrin qurulması və ümumi məqsədlərə nail olmaq üçün qarşılıqlı dəstək mexanizmlərinin formalaşdırılması vacib hesab edilir.Layihə çərçivəsində yaradılacaq işçi komandaları, gənclərin müxtəlif mövzularda müzakirələr aparmasını, praktiki bacarıqlarını təkmilləşdirməsini və real layihələr üzərində işlərini təmin edəcəkdir. Həmçinin, bu komandaların gələcək startap layihələrində müvəffəqiyyət qazanması üçün mentor dəstəyi və təlim proqramlarının həyata keçirilməsi planlaşdırılır.Təqdimatdan sonra layihə ilə bağlı müzakirə həyata keçirilib və iştirakçıların fikir və təklifləri dinlənilib. 462698222_966531515471712_1902796923226370017_n.jpg 210.14 KB462595022_966531542138376_2200382863160865628_n.jpg 136.33 KB462365191_966531482138382_2744394744017755263_n.jpg 214.25 KB462364809_966531528805044_6875596346910678151_n.jpg 241.45 KB

18.10.2024

Təhsil işçilərinin 600-dən yuxarı bal toplayan övladları mükafatlandırılıb

Təhsil işçilərinin 600-dən yuxarı bal toplayan övladları mükafatlandırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olan tələbələri mükafatlanıdırıb. Belə ki,  ilk dəfə olaraq Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan tələbələrə 200 (iki yüz) manat məbləğində pul mükafatı verilib. Mükafat valideynlərindən biri təhsil  sahəsində çalışan və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına üzv olan  tələbələrə  verilib. Bu tədris ilində ümumilikdə ölkə üzrə 3228 nəfər abituriyent 600-dən yuxarı bal toplayıb. Bugünə  qədər 499 tələbəyə pul mükafatı  ödənilib.

16.10.2024

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə görüş keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə görüş keçirilib

Oktyabrın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ Respublika Komitəsi) ilə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında görüş keçirilib. Görüşdə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev və Respublika Komitəsinin rəhbərliyi, AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva, təhsil sektoru üzrə fəaliyyət göstərən 40-dan artıq sahibkarlar, konsaltinq şirkətlərinin nümayəndələri və digər şəxslər iştirak ediblər.Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev çıxış edərək təşkilatın gördüyü işlər, keçdiyi tarixi inkişaf yolu ilə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, öz sıralarında 400 mindən artıq üzvü birləşdirən ATİAHİ təhsil işçilərinin və ittifaq üzvü olan tələbələrin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə məşğul olan ən böyük ictimai təsisatdır. Təşkilat ittifaq üzvlərinin iş şəraitinin yaxşılaşdırılması, sosial problemlərin həlli, əmək hüquqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili və digər istiqamətlər üzrə fəaliyyət göstərir. ATİAHİ üzvlərinin 68 faizinin qadınlar olduğunu qeyd edən A.Paşayev bildirib ki, təşkilat AQSİA-ya üzv olan sahibkar qadınların rəhbərlik etdiyi müəssisələrdə də həmkarlar ittifaqı təşkilatlarının yaradılmasında maraqlıdır. Sonra çıxış edən AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva rəhbərlik etdiyi qurumun  fəaliyyəti barədə məlumat verib. O, özəl sektorda çalışan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların üzləşdiyi çətinliklər, onların həlli yolları, qadın sahibkarlığının inkişafı istiqamətində meydana çıxan problemlərə toxunaraq bu sahədə həmkarlar ittifaqı təşkilatlarının təsis edilməsinin vacibliyini vurğulayıb. Sonra görüşdə ATİAHİ Respublika Komitəsi və AQSİA-nın fəaliyyəti ilə bağlı təqdimat edilib.Tədbir gələcək əməkdaşlıqla bağlı müzakirələrlə davam etdirilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin iştirakçılar arasında razılıq əldə olunub ki, növbəti həftələrdə təhsilin ayrı-ayrı mərhələləri üzrə fəaliyyət göstərən sahibkar qadınlarla görüşlər keçirilsin, bu müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması perspektivləri müzakirə edilsin.   IMG_0174.JPG 1.59 MBIMG_0149.JPG 1.37 MBIMG_0164.JPG 1.23 MBIMG_0176.JPG 1.38 MBIMG_0179.JPG 1.58 MB

12.10.2024

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil edilmiş bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil edilmiş bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırılıb

 Oktyabrın 4-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədri Araz Paşayev dövlətimizin gənclər siyasətindən danışıb. Bildirib ki, gənclərin rifahına xidmət edən dövlət proqramlarının icrası gənclərin potensialının inkişafına, məşğulluğunun təmin olunmasına mühüm töhfələr verir. Onun sözlərinə görə, dövlətimiz tərəfindən gənclərin dövlət quruculuğu prosesində və ölkənin ictimai-siyasi həyatında fəaliyyəti təmin olunur, yaradıcı gənclərin potensialı, qüvvəsi, bilik və bacarığı yüksək qiymətləndirilir, həmçinin gənclərin təhsil və sosial problemlərinin həlli, onlar üçün yaradıcı mühitin formalaşdırılması, gənc ailələrin sosial, məişət problemlərinin aradan qaldırılması istiqamətində davamlı işlər görülür. Araz Paşayev bildirib ki, bədii yaradıcılıq festivalı ATİAHİ RK və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib: “Festivalın məqsədi Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizlə bağlı ideyalarını təbliğ etmək, həmçinin gənclərimizə vətənpərvərlik ruhunu aşılamaq, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət etməklə gənclərimizin bədii-estetik səviyyəsini yüksəltməkdir. Eləcə də mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək də məqsədlər arasındadır”. Komitə sədri qaliblərin seçilməsində göstərdikləri peşəkarlığa görə, münsiflər heyətinin üzvlərinə də təşəkkür edib.  Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, Azərbaycanda gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub: “Hazırda bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla icra olunmaqdadır. Gənclər siyasəti Azərbaycanda prioritet istiqamətlərdən birini təşkil edir. Hər il gənclərin inkişafı ilə bağlı fərmanlar və sərəncamlar imzalanır, dövlət proqramları uğurla icra olunur. Bu tədbirlər gənclərimizi uğurlara ruhlandırır”. Nazir müavini eyni zamanda festival qaliblərini təbrik edib, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə iştirak edən tələbələr də öz növbəsində göstərilən diqqət və qayğıya görə təşəkkür edərək, bu tədbirin hər il təşkil edilməsini və yekun konsertin Şuşa şəhərində keçirilməsini təklif ediblər. Sonda festival qaliblərinə diplom və hədiyyələr təqdim olunub. Qeyd edək ki, bu ilin may ayında Heydər Əliyev Sarayında keçirilmiş festivalın yekun konsertində 26 ali təhsil müəssisəsinin tələbələrindən ibarət özfəaliyyət kollektivləri iştirak edib.3 (6).jpg 577.39 KB2 (9).jpg 545.51 KB1 (6).jpg 525.32 KB

04.10.2024

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin (UAESEB) İdarə Heyətinin üzvü seçilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin (UAESEB) İdarə Heyətinin üzvü seçilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin (UAESEB) İdarə Heyətinin üzvü seçilib. Bu barədə UASEB-in İdarə Heyətinin növbədənkənar iclasında qərar qəbul edilib. Türkdilli ölkələrin təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının, eləcə də türkdilli xalqların yaşadığı ölkələrdə fəaliyyət göstərən təşkilatlar və dərnəklər arasında əlaqələrin qurulmasına xidmət edən UASEB 2006-cı ildə Türk Egitim-Sen, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Azərbaycanın Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə qərarı ilə təsis edilib. Sonradan bu birliyə İraq, Makedoniya, Şimali Kipr Türk Cümhuriyyəti, Ruminiya və Kosovada fəaliyyət göstərən türkdilli təşkilatlar da qoşulub.

02.10.2024

ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev UAESEB və Türk Egitim-Senin sədri Talip Geylanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev UAESEB və Türk Egitim-Senin sədri Talip Geylanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Sentyabrın 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin (UAESEB) və Türk Egitim-Senin sədri Talip Geylanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları səmimi salamlayan A.Paşayev bildirib ki, ATİAHİ Respublika Komitəsi ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə bağlı təcrübə mübadiləsinin aparılması məqsədi ilə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bu beynəlxalq təşkilatlardan biri də türkdilli ölkələrdə təhsil üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarını birləşdirən Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyidir. Eyni zamanda ATİAHİ Respublika Komitəsi ilə Türk Egitim-Sen arasında da dostluq və qardaşlıq prinsiplərinə əsaslanan əlaqələr mövcuddur. Öz növbəsində Talip Geylan səmimi qəbula görə təşəkkürünü bildirib və A.Paşayevi ATİAHİ Respublika Komitəsinin sədri seçilməsi münasibətilə təbrik edib. Sonra Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin gələcək fəaliyyəti, ATİAHİ Respublika Komitəsi ilə Türk Egitim-Sen arasındakı əməkdaşlığın daha da genişləndiriləməsi ilə bağlı fikir mübadiləsi aparılıb.  3.ATİHA.jpg 469.75 KB1.ATİHA.jpg 601.81 KB4.ATİHA.jpg 514.01 KB2ATİHA.jpg 593.11 KB

20.09.2024

Şəhid övladları pulsuz məktəbli formaları ilə təmin olunub.

Şəhid övladları pulsuz məktəbli formaları ilə təmin olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Vətən müharibəsi şəhidlərinin məktəbli övladları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən pulsuz məktəbli formaları ilə təmin olunub. 2024-2025-ci tədris ilinin başlaması ilə əlaqədar məktəblilərə formalar və digər zəruri məmulatlar təqdim edilib.  Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə irəli sürülmüş bu təşəbbüsdən orta təhsil müəssisələrində təhsil alan 920 nəfərdən artıq şəhid övladı olan məktəbli yararlanıb.

13.09.2024

Təhsil işçilərinin 600-dən yuxarı bal toplamış övladları mükafatlandırılacaq

Təhsil işçilərinin 600-dən yuxarı bal toplamış övladları mükafatlandırılacaq

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ilin ali təhsil müəssisələrinə qəbul imtahanlarında təhsil işçilərinin 600-dən yuxarı bal toplamış övladlarını mükafatlandıracaq. ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin qərarına uyğun olaraq, qəbul imtahanlarında təhsil işçilərinin 600-dən yuxarı bal toplamış övladlarının hər birinə 200 (iki yüz) manat məbləğində pul mükafatı veriləcək. Qeyd edək ki, 2024-cü ilin ali məktəblərə qəbul imtahanlarında ümumilikdə 3228 nəfər abituriyent 600-dən yuxarı bal toplayıb. Onlardan 463 nəfəri həmkarlar ittifaqı üzvü olan təhsil işçilərinin övladlarıdır.

12.09.2024

Oğuzda ittifaq üzvü olmuş şəhidin məzarı ziyarət olunub

Oğuzda ittifaq üzvü olmuş şəhidin məzarı ziyarət olunub

ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, rayon Təhsil sektorunun əməkdaşları - Sevinc Məsimova və Günel Abdullayeva şəhid müəllim Rəvan Lətifovun məzarını onun doğum günündə ziyarət ediblər.Məzarın üzərinə gül dəstələri düzülüb, şəhidin əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhuna dualar oxunub.Həmçinin şəhidin ailəsi ilə görüş olub. Görüşdə Rəvanın mənalı və şərəfli ömür yolu, pedaqoji fəaliyyəti xatırlanıb, Vətənə olan sonsuz sevgisindən, Vətən müharibəsində göstərdiyi rəşadətdən, yüksək döyüş ruhundan bəhs olunub. Şəhid müəllimin valideynləri həm dövlətimizin, həm də cəmiyyətimizin onlara olan ali münasibətindən, diqqət və qayğısından razılıq ifadə ediblər.Qeyd edək ki, Rəvan Ömür oğlu Lətifov 26 avqust 1991-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində dünyaya gəlib. 2008-ci ildə Xaçmaz kənd V.İbrahimov adına tam orta məktəbi bitirib və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsilin təşkili və idarə olunması” ixtisasına qəbul olub. O, ali məktəbi bitirdikdən sonra Ə.Abdulhüseyn adına Sincan kənd tam orta məktəbində məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, sonra isə təşkilatçı müavin vəzifələrində çalışıb.Rəvan Lətifov 29 sentyabr 2020-ci ildə Vətən müharibəsinə qatılır, Şuşaya qədər şanlı döyüş yolu keçir. 2020-ci il noyabrın 6-da Şuşa şəhərinin işğaldan azad olunması əməliyatında fəal iştirak edərək döyüş tapşırıqlarını uğurla yerinə yetirir, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənir. Bu onun son döyüşü olur və qəhrəmancasına şəhid olur. 2020-ci il noyabrın 15-də doğulduğu kənddə dəfn edilir. 456741731_533097042557522_2650297090551038315_n.jpg 142.02 KB457323300_532851445915415_5948544576993600598_n.jpg 256.76 KB456857470_532851372582089_4238445197527167993_n.jpg 318.28 KB456916181_532851349248758_2882164230363345885_n.jpg 316.73 KB

12.09.2024

ATİAHİ Respublika Komitəsinin katibi Elşad Novruzov Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında iştirak edib

ATİAHİ Respublika Komitəsinin katibi Elşad Novruzov Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında iştirak edib

Sentyabrın 10-da Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.Tədbirdən əvvəl şagirdlərin əl işlərindən ibarət sərgiyə, onların idman nailiyyətlərinə, məktəbəqədər təhsil müəssisələrinin hazırladıqları səhnəcik və çıxışlara baxış keçirilib. Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı sədrinin müşaviri Elşad Novruzov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, regionun ümumi təhsil müəssisələrinin rəhbərləri və təhsil işçiləri iştirak ediblər Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsildə təhsilverənlərin peşəkarlığının artırılması istiqamətində ölkədə aparılan uğurlu islahatlardan danışıb. Vəfa Yaqublu çıxışının sonunda təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev 2023-2024-cü tədris ili ərzində institut tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.Sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı sədrinin müşaviri Elşad Novruzov çıxış edərək təhsil işçilərinə uğurlar arzulayıb.Daha sonra hesabatla çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov Böyük Qayıdış çərçivəsində işğaldan azad olunmuş torpaqlarda fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində yaradılmış təhsil mühitindən, müəllimlərin peşəkar inkişafının artırılması istiqamətində idarə tərəfindən atılan addımlardan, şagird nailiyyətləri, respublika fənn olimpiadaları, IX və XI siniflərdə buraxılış imtahanlarının region üzrə nəticələri, məktəbəqədər və ümumi təhsil üzrə statistik məlumatlar, təhsil müəssisələrində aparılmış təmir-tikinti işlərindən danışıb.Sonda təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.459267774_594308773358695_1300451062040761484_n.jpg 57.12 KB459051994_594309420025297_7776665819519804007_n.jpg 68.37 KB459394565_594309096691996_4560301340584798958_n.jpg 82.15 KB459103736_594309040025335_2422253825777341082_n.jpg 109.03 KB

10.09.2024

ATİAHİ Respublika Komitəsinin sədri Araz Pashayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında iştirak edib

ATİAHİ Respublika Komitəsinin sədri Araz Pashayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında iştirak edib

Sentyabrın 10-da Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.Konfransda elm və təhsil naziri Emin Əmrullayev, ali məktəb rektorları, millət vəkilləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, nazirliyin, MÜTDA-nın və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev, ictimaiyyət nümayəndələri, məktəb direktorları, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və KİV nümayəndələri iştirak ediblər.1725992985653.jfif 125.14 KB1725992985606.jfif 46.6 KB

10.09.2024

Tələbələr üçün “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda yay məktəbi təşkil edilib

Tələbələr üçün “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda yay məktəbi təşkil edilib

6-8 sentyabr tarixlərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı yay məktəbi təşkil edilib. Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində təşkil edilmiş yay məktəbində həmkarlar ittifaqı fəalı olan ali təhsil müəssisələrinin 120 tələbəsi, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və media nümayəndələri iştirak edib. Yay məktəbi çərçivəsində sentyabrın 7-də “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda konfrans keçirilib. Tədbiri giriş sözü ilə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev açaraq qeyd edib ki, hər ilin sentyabr ayında həmkarlar ittifaqı fəalı olan tələbələr üçün yay məktəbinin təşkil edilməsi ənənə halını alıb. Bu ilki yay məktəbi “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr edilib. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik” ili elan edilib. Bu il ərzində respublikamızda müxtəlif tədbirlər keçirilməkdədir. Bu tədbirlərin əsas məqsədi ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması, ətraf mühitin sağlamlaşdırılması, təbii ehtiyatlardan qənaətlə və səmərəli istifadə etmə və bu kimi mövzularda müzakirələrin aparılmasıdır. Həmçinin bu il Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcəkdir. Bu tədbirdə də bütün dünyanı narahat edən qlobal ekoloji problemlərin qarşısının alınması ilə bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir. A.Paşayev qeyd edib ki, dünyanı narahat edən qlobal ekoloji problemlərin qarşısının alınması istiqamətində fərd olaraq hər birimiz öz vətəndaşlıq vəzifələrimizi məsuliyyətlə yerinə yetirməliyik. Konfransın təşkil edilməsində də məqsəd həm həmkarlar ittifaqı təşkilatı olaraq, həm həmkarlar ittifaqı fəalı olaraq görə biləcəyimiz işləri müzakirə etmək, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri kimi “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” müəyyən olunmuş Azərbaycanımıza öz tövhələrimizi verməkdir. Sonra konfransda tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalı olan tələbələr çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, təkliflərini veriblər. Yay məktəbi çərçivəsində həmçinin tələbələr üçün müxtəlif idman yarışları, intellektual oyunlar təşkil edilib, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində işlər görülüb. IMG_20240907_124723 (1).jpg 2.93 MBIMG_20240907_120732.jpg 2.51 MBIMG_20240907_121227 (1).jpg 2.72 MB458967762_852215273676066_7161585101878450423_n.jpg 345.29 KBIMG_20240907_120900 (1).jpg 3.15 MB459000115_852215367009390_9014548444600849013_n.jpg 876.93 KB

08.09.2024

ATİAHİ Respublika Komitəsinin katibi Tehranağa Abdullayev Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransında iştirak edib

ATİAHİ Respublika Komitəsinin katibi Tehranağa Abdullayev Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransında iştirak edib

Sentyabrın 6-da Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Tədbirdə elm və təhsil nazirinin müşaviri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin katibi Tehranağa Abdullayev, təhsil işçiləri və digər dəvət olunmuş qonaqlar iştirak ediblər.Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Daha sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə, STEAM və Peşə təmayüllü siniflərin təqdimatına, eləcə də şagirdlərin idman nailiyyətlərinə baxış keçirilib.Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirin əvvəlində, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin 2023-2024-cü tədris ilindəki fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb.Konfransda çıxış edən elm və təhsil nazirinin müşaviri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Elnur Əliyev ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarə olunmasında əlçatanlıq və şəffaflığın təmin edilməsi üçün qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev 2023-2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb. Coşqun Əliyev növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələri qeyd edib.458698195_920848616754492_5068914938629656760_n.jpg 550.57 KB458727670_920858570086830_4958289547298755474_n.jpg 842.94 KB458475582_920848726754481_6326045038314140477_n.jpg 704.06 KB458645081_920847406754613_1010982169784420793_n.jpg 582.91 KB458462181_920854223420598_5114432980855989072_n.jpg 638.06 KB458520393_920847410087946_9122474078724632720_n.jpg 682 KB

06.09.2024

ATİAHİ Respublika Komitəsində THİK sədrləri ilə görüş keçirilib

ATİAHİ Respublika Komitəsində THİK sədrləri ilə görüş keçirilib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri ilə görüş keçirib. Görüş bu ilin  sentyabr ayında Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində keçiriləcək “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda konfransa hazırlıq məqsədi ilə təşkil olunub. Gənclər siyasətinin ATİAHİ-nin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edən A.Paşayev bildirib ki, bu istiqamətdə fəaliyyət bundan sonra da davam etdiriləcək, təşkilat gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların sağlam ruhda tərbiyə olunması, müasir düşüncə tərzinə malik layiqli vətəndaşlar kimi yetişməsi ilə bağlı müxtəlif layihələr reallaşdıracaq. O bildirib ki, “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda keçiriləcək konfrans da bu tədbirlərdən biri olacaq. Sonra tədbir diskussiya şəklində davam etdirilib, THİK sədrlərinin təklifləri dinlənilib. A.Paşayev konfransın yüksək səviyyədə təşkil edilməsi ilə bağlı müvafiq tövsiyələrini verib.  IMG_0061.JPG 1.14 MB

28.08.2024

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo