Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət olunub
  
Novruz bayramı münasibətilə ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov və rayon Təhsil sektorunun əməkdaşları şəhid ailələrini ziyarət ediblər.
Şəhidlərin - Rəvan Lətifov, Anar Əliyev, Nail Abbaslı, Şahin Cəfərov və Elman Babayevin ailəsinə baş çəkən ziyarətçilər onları təbrik edib, bayram sovqatları çatdırıblar.
Görüşlərdə şəhidlərimizin əziz xatirəsi yad edilib, onların qəhrəmanlıqlarından danışılıb. Qeyd olunub ki, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur. Şəhidlərimizin ailə üzvləri onlara göstərilən hərtərəfli dəstəkdən və ali münasibətdən razılıqlarını ifadə ediblər.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo