Oğuzda ilk həmkarlar ittifaqı sədrləri ilə görüş keçirilib

Sentyabrın 12-də ATİAHİ Oğuz rayon komitəsində ilk həmkarlar ittifaqlarının sədrlərinin iştirakı ilə seminar keçirilib. Seminarda Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov ötən tədris ilində görülən işlərdən və həyata keçirilən layihələrdən danışıb. O həmçinin növbəti tədris ilində qarşıda duran vəzifələrdən, müəssisə rəhbərləri ilə kollektiv müqavilələrin bağlanması qaydalarından danışıb, bir sıra tapşırıq və tövsiyələrini verib. Sonda müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo