Oğuz rayon komitəsinin təşkilatçılığı ilə seminar keçirilib
  ATİAHİ Oğuz rayon komitəsi tərəfindən ilk həmkarlar təşkilatlarının iştirakı ilə seminar keçirilib.

Seminarda komitənin sədri Fərman İbrahimov, ilk həmkarlar təşkilatının sədri Günel Abdullayeva və təşkilat sədrləri iştirak ediblər.

F.İbrahimov iştirakçılara cari ildə qarşıda duran vəzifələr və sənədləşmə işinin təşkili qaydaları, “Heydər Əliyevin İli” çərçivəsində görüləcək işlər, ilk həmkarlar ittifaqlarının vəzifələri barədə ətraflı məlumat verib.

Daha sonra İkinci Qarabağ müharibəsində silaha sarılan təhsil işçilərinə həsr olunmuş “Qəhrəman Təhsil İşçiləri” kitabının təqdimatı olub. Bildirilib ki, kitab şəhid təhsil işçilərinin xatirəsinin əbədiləşdirilməsi, müharibədə iştirak etmiş ittifaq üzvlərinin keçdiyi nümunəvi döyüş yolunun gələcək nəsillərə təbliği və onlarda milli vətənpərvərlik hissinin inkişaf etdirilməsi məqsədilə hazırlanıb.

“Qəhrəman Təhsil İşçiləri” kitabı şəhid müəllim Rəvan Lətifovun xanımına, Bucaq kənd tam orta məktəbin hərbi rəhbəri Eldəniz Kərəmova, Oğuz rayon Təhsil sektorunun əməkdaşı Fuad Hacıyevə, Qarabaldır ümumi orta məktəbin coğrafiya müəllimi Cavid Kamilliyə, Xalxal kənd tam orta məktəbin kitabxanaçısı Səfa Əhmədova hədiyyə edilib.

Çıxış edən Cavid Kamilli və Səfa Əhmədov kitabın ərsəyə gəlməsində əməyi olan ATİAHİ Respublika Komitəsinin rəhbərliyinə öz minnətdarlığını bildirib.

 

 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo