ATİAHİ Oğuz rayon komitəsinin təşkilatçılığı ilə rayon Təhsil sektorunun əməkdaşı, fəal ittifaq üzvü Luiza İbrahimovanın ad günü qeyd olunub.
Tədbirdə Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, komitə və Təhsil sektorunun əməkdaşları iştirak ediblər. Çıxışlarda Luiza xanımın təhsil sistemində nümunəvi fəaliyyətindən, məsuliyyətli davranışlarından, nizam-intizamından söz açılıb, təbriklər söylənilib.
Luiza xanım göstərilən diqqətə görə, təşkilatçılara minnətdarlıq edib.
Sonra tədbir səmimi söhbətlə çay süfrəsi arxasında davam edib, rayon komitəsi tərəfindən yubliyara hədiyyələr verilib.