Oğuz şəhər 3 nömrəli məktəb-liseyin komandası rayon Təhsil sektoru tərəfindən fəxri fərmanla təltif edilib.
Komanda Elm və Təhsil Nazirliyi, Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutmuş “Sərhəd” hərbi-idman oyunlarının final mərhələsində müfvəffəqiyyətlə iştirak etdiyinə görə mükafatlandırılıb. Qeyd edək ki, komanda həmçinin “Şahin" hərbi idman oyunlarının zona mərhələsində 2-ci yerə layiq görülüb. Mükafatlandırma mərasimində Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, sektorun əməkdaşları, məktəb-liseyin direktoru Elxan Bilalov, müəllim və şagirdlər iştirak ediblər.