Oğuzda şəhidin anım mərasimi keçirilib

Oktyabrın 2-də Oğuz rayonunun Xalxal Qışlaq kəndində şəhid Şahin Cəfərlinin anım mərasimi keçirilib.
Tədbirdə ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, kənd icra nümayəndəliyinin, təhsil müəssisələrinin əməkdaşları, kənd ictimaiyyəti, şəhidin ailəsi və yaxınları iştirak ediblər.
Mərasimdə Şahin Cəfərlinin döyüş yolundan, Vətənə olan sevgisindən, həmçinin 44 günlük Vətən müharibəsində döyüşən əsgər və zabitlərimizin rəşadətindən, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən, Qarabağın mirvarisi Şuşanın azad olunmasından, bu gün Şərqi Zəngəzurda və Qarabağda aparılan abadlıq-quruculuq işlərindən danışılıb. Qeyd olunub ki, xalqımız Vətən uğrunda şəhid olmuş oğul və qızlarının əziz xatirəsini daim uca tutacaq, onları hər zaman ehtiramla yad edəcək.
Şəhidin ailəsi və yaxınları dovlətimiz tərəfindən onlara göstərilən diqqətdən razı qaldıqlarını bildirib və bunun üçün dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla hər kəsə təşəkkür ediblər.
Tədbir iştirakçıları şəhid Şahin Cəfərlinin məzarını ziyarət edib, üzərinə gül dəsətələri düzüb, ruhuna dualar oxuyublar.   
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo