ATİAHİ Oğuz rayon komitəsi tərəfindən 2022-2023-cü tədris ilinin birinci yarımilində çalışmanın yaş həddi ilə bağlı əmək müqaviləsinə xitam verilmiş təhsil işçiləri ilə görüş keçirilib.
Görüşdə Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, komitənin və təhsil sektorunun əməkdaşları və dəvət olunmuş təhsil işçiləri iştirak ediblər.
Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən F.İbrahimov yubiley münasibətilə müəllimləri təbrik edib, pedaqoji fəaliyyətlərini yüksək qiymətləndirib, rayon təhsilinin inkişafında misilsiz xidmətlərindən danışıb.
S.Nəbiyev çıxışında bildirib ki, dövlətimiz təhsil sahəsinə xüsusi diqqət yetirir, müasir məktəb binaları tikilir, təmir edilir, invertarlarla təchiz edilir, müəllimlərin ardıcıl olaraq əməkhaqları artırılır. Həmçinin qeyd edib ki, ölkəmizdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, müasir elmi-biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb. O, yubiley yaşı olan müəllimlərə təbriklərini çatdırıb, onlara uğurlar arzulayıb.
Sonda Oğuz rayon komitəsi tərəfindən 65 yaşı tamam olan müəllimlərə hədiyyələr təqdim olunub.