Sentyabrın 23-də ATİAHİ Oğuz rayon komitəsinin iclası keçirilib. İclasda Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, komitə işçisi və ilk təşkilat sədirləri iştirak ediblər.
Öncə Vətən uğurunda şəhid olmuş oğul və qızların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
F.İbrahimov gündəliyə “2021-2022-ci tədris ilinin yekunları, yeni dərs ilində qarşıda duran vəzifələr” və “Sənədləşmə işinin təşkili vəziyyəti” məsələlərinin daxil edildiyini bildirib. Sonra o, gündəlikdə duran məsələlər barədə geniş çıxış edib, təşkilat sədrlərinə müəyyən tapşırıqlar verib.
İlk təşkilat sədrləri - Tahir Abdıyev və Elnur İsrafilov da gündəliklə ətrafında öz fikirlərini bildirib, təkliflərini irəli sürüblər.
Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev həmkarlar ittifaqlarının fəaliyyətini yüksək qiymətləndirib, növbəti tədris ilində onlara uğurlar arzulayıb.