ATİAHİ Oğuz rayon komitəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaranmasının 30 illik yubleyi ilə əlaqədar ilk həmkarlar təşkilatlarının fəallarının iştirakı ilə tədbir keçirilib.
Öncə Vətən uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komitənin sədri Fərman İbrahimov AHİK-in yaranma tarixindən, keçdiyi çətin və şərəfli yoldan, bu illər ərzində görülmuş işlərdən, beynəlxalq əlaqələrindən, əmək hüquqlarının qorunması istiqamətində atdığı addımlardan danışıb.
Oğuz rayon Təhsil sektorunun metodisti Günel Abdullayeva, Tərkeş kənd tam orta məktəbin müəllimi Elza Dursunova və digərləri həmkarlar ittifaqlarının ölkə həyatında rolundan, cəmiyyətin inkişafında xidmətlərindən, əmək adamlarına qayğısından danışıblar. Bildirilib ki, səmərəli fəaliyyəti ilə həmkarlar ittifaqları Azərbaycanın ictimai həyatında özünü doğultmaqdadır.
Sonda fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.