ATİAHİ Oğuz rayon komitəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olmuş təhsil işçisi Rəvan Lətifovun ailəsini ziyarət edib.
Görüşdə Rəvanın şanlı döyüş yolundan, müharibədə göstərdiyi rəşadətdən, nümunəvi pedaqoji fəaliyyətindən danışılıb.
Rayon komitəsinin əməkdaşları həmçinin Rəvanın yadigar qalan oğlu Ömürü ad günü münasibətilə təbrik edib ona hədiyyələr veriblər.
Eləcə də şəhidin ailəsinə sovqat verilib.