Xocalı soyqırımının 30-cu il dönümü münasibətilə tədbir keçirilmişdir.
ATİAHİ Oğuz Rayon komitəsi və Elman Hüseynov adına Ərmənət kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu il dönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə ATİAHİ Oğuz Rayon komitəsinin sədri Fərman İbrahimov, Oğuz Rayon Təhsil Şöbəsinin metodkabinetinin müdiri Həqiqət Rəsulova, komitə və təhsil şöbəsi əməkdaşları, Ərmənət kənd tam orta məktəbinin direktor əvəzi Sənan Ramazanov və məktəbin pedaqoji kollektivi iştirak etmişlər .Tədbiri giriş sözü ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini Eyvaz Hüseynov açmışdır. Xocalı soyqırımı nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Eyvaz Hüseynov Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. O çıxışında 2020-ci ilin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını, 30 il həsrət qaldığımız torpaqların işğaldan azad olunduğu, eyni zamanda Xocalının və digər ərazilərin 44 günlük mübarizədə qisasının alındığını qeyd etmişdir. Tədbirdə ATİAHİ Oğuz Rayon komitəsinin sədri Fərman İbrahimov, Oğuz Rayon Təhsil Şöbəsinin əməkdaşı Həqiqət Rəsulova, Ərmənət kənd tam orta məktəbinin direktor əvəzi Sənan Ramazanov, məktəbin müəllimi Xəyal Verdiyev çıxış etmişlər. Onlarda öz çıxışlarında Xocalı soyqırımına görə xalqımıza edilən ədalətsizlikləri qeyd etmişlər.