Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə şahmat yarışı keçirilib

  ATİAHİ Oğuz rayon komitəsinin təşkilatçılığı ilə rayon təhsil müəssisələrinin müəllimləri arasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə şahmat yarışının 2-ci turu keçirilib.
Yarışa 18 təhsil müəssisəsinin müəllimləri qatılıblar. Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət olunub. Yarışın açılışında YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, Gənclər idarəsinin rəisi Ramiz Mahmudov, UGİŞM-in direktoru Nizami Hüseynli iştirak ediblər.
Gərgin və maraqlı keçən idman mübarizəsində 1-ci yeri Bayan kənd tam orta məktəbinin müəllimi Cavadov Eynulla, 2-ci yeri Çaldaş kənd tam orta məktəbin müəllimi Cabbarov İlyas, 3-cü yeri Xaçmaz kənd 2 saylı məktəbin müəllimi Hacıyev Oktay qazanıb. Qaliblər fəxri fərman və pulla mükafatlandırılıb. Qeyd edək ki, birinci yerin sahibi Eynulla Cavadov Respublika turunda iştirak etmək hüququ qazanıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo