İyunun 24-25-də Şəki şəhərində Silahlı Qüvvələr Günü münasibətilə təhsil işçiləri arasında voleybol üzrə zona turniri keçirilib. Yarışda ATİAHİ Oğuz rayon komitəsini 10 nəfər təhsil işçisindən ibarət komanda təmsil edib.
Gərgin və maraqlı keçən yarışmada Oğuz voleybolçuları uğurla çıxış edərək II yeri qazanıblar.
Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.