Aprelin 9-da 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Oğuz rayon sakini Vüsal İsmayılovun doğum gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, YAP Oğuz rayon təşkilatının kollektivi, rayonun Ərmənət və Xalxal kənd tam orta məktəblərinin pedaqoji və şagird kollektivi və kənd sakinləri iştirak ediblər.
ATİAHİ Oğuz rayon komitəsinin sədri F.İbrahimov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və digərləri çıxış edərək Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun rəşadətindən, xalqımızın sarsılmaz birliyindən söz açıblar.
Bildirilib ki, minilliklə söykənən şanlı tariximizin ən görkəmli sərkərdələrindən biri cənab İlham Əliyev tarixin gedişini dəyişməyi bacardı, işğal altındakı torpaqlarımızı azad etməklə Azərbaycan xalqını məğlubiyyət girdabından xilas etdi və Azərbaycan tarixində yeni bir şanlı səhifə açıldı. Cəmi 44 gün ərzində Ermənistanın 30 illik işğalına son qoydu, işğalçı məqsədlərlə yaradılmış və bu çirkin missiyanı icra edən bir ordu məhv edildi. Beynəlxalq təşkilatların bərpa edə bilmədiyi beynəlxalq hüququn pozulmuş prinsiplərini Azərbaycan özü, təkbaşına həll etdi, dünyada sülh və təhlükəsizliyi daim təhdid edən separatizmə tutarlı və layiqli cavab verildi.
Qeyd olunub ki, qədirbilən xalqımız heç vaxt Vüsal kimi qəhrəmanlarımızı heç vaxt unutmayacaq, daim qəlbində yaşadacaq.