Oğuzda Ulu Öndərin heykəli ziyarət olunub

Mayın 27-də Oğuz rayonunda 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, komitə və Rayon Təhsil Şöbəsinin əməkdaşları iştirak ediblər. 
Şəhərin mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin heykəli və rayon ərazisindəki Şəhidlər xiyabanı ziyarət olunub, əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Çıxış edənlər xalqımızın müstəqillik uğrunda mübarizəsindən, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən və gördüyü işlərdən, 1991-ci ildə yenidən əldə olunan müstəqillikdən, onun möhkəmlənməsində Ulu Öndərin tarixi xidmətlərindən danışıblar. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi təməllər müstəqilliyimizi əbədiyyətə qədər daşıyacaq və xalqımız hər zaman müstəqil və xoşbəxt yaşayacaq.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo