Aprelin 29-da ATİAHİ Oğuz rayon komitəsi tərəfindən iftar süfrəsi təşkil olunub. İftar süfrəsində rayon komitəsinin sədri Fərman İbrahimov, komitə və Rayon Təhsil Şöbəsinin əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri və işçiləri, təqaüddə olan müəllimlər, qazilər və şəhid ailələri iştirak ediblər.
İftardan öncə şəhidlərimizin ruhuna dualar oxunub, xatirələri ehtiramla yad edilib.