Oğuzda təcrübəli müəllimin 65 yaşı qeyd edilib

Oğuz rayonunun Ərmənət kənd tam orta məktəbinin Aəzrbaycan dili və ədəbiyyatı müəllimi Aydın Babayevin 65 illik yubileyi qeyd olunub.
Tədbirdə ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, Təhsil sektorunun əməkdaşları - Sevinc Məsimova, Günel Abdullayeva, məktəbin direktoru Nərmin Məcidli və pedaqoji heyət iştirak edib.
Çıxış edənlər Aydın müəllimin pedaqoji fəaliyyətindən, rayon təhsilinin inkişafında əvəzsiz xidmətlərindən, yeni nəslin tərbiyə olunmasında, elmi biliklərə yiyələnməsində rolundan danışıblar. Sonda rayon komitəsi tərəfindən Aydın müəllimə qiymətli hədiyyələr verilib. Yubiliyar göstərilən diqqətə görə, təşkilatçılara təşəkkür edib
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo