ATİAHİ Oğuz rayon komitəsində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, rayon komitəsinin sədri Fərman İbrahimov, komitə və təhsil sektorunun əməkdaşları, şəhid ailələrinin qadın üzvləri və fəal qadın müəllimlər iştirak ediblər.
Təhsil sektorunun müdiri Sərdar Nəbiyev və rayon komitəsinin sədri Fərman İbrahimov çıxış edərək ölkə təhsilinin inkişafında qadınların rolundan, dövlətin idarə olunmasında iştirakından, vətənpərvərliyindən, sədaqətindən danışıb, onlara təbriklərini çatdırıblar.
Sonda iştirakçı qadınlara hədiyyələr verilib.