Martın 18-i və 19-da ATİAHİ Oğuz rayon komitəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbiri keçirilib.
Tədbirdə Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, komitə və təhsil şöbəsinin əməkdaşları iştirak ediblər.
Çıxış edənlər Novruz adət-ənənələrindən, xalqımızın bayarama verdiyi dəyərdən, həmrəyliyimizə verdiyi töhfələrdən bəhs ediblər.
Bayram tədbirləri həmçinin ATİAHİ Oğuz rayon komitəsinin tərkibində olan müəssisə və təşkilatlarda da keçirilib. Şəhid məzarları ziyarət olunub və onların ailələrinə baş çəkilib maddi-mənəvi dəstək göstərilmişdir. Şəhid müəllimlər - Rəvan Lətifovun, Anar Əliyevin və Vüsal İsmayılovun ailələri də ziyarət olunanlar arasında olub. Eyni zamanda müharibə iştirakçılarına və qazilərə də yardımlar edilib.