Oğuzda kollektiv müqavilənin şərtlərinə əməl olunması vəziyyəti müzakirə olunub
Aprelin 1-də ATİAHİ Oğuz rayon komitəsində iclas keçirilib.
İclasda çıxış edən rayon komitəsinin sədri Fərman İbrahimov keçirilmiş iki müsabiqənin yekunları barədə məlumat verib.
Qeyd olunub ki, təhsildə və ictimai həyatda qazandığı uğurlara və "İlin Peşəkar gənci" müsabiqəsində fəal iştirakına görə, rayonun Yaqublu kənd tam orta məktəbinin tarix müəllimi Şəbnəm Məmmədli ATİAHİ Respublika Komitəsi tərəfindən Fəxri Fərmanla təltif edilib. Bundan başqa, "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" respublika müsabiqəsinin nəticələrinə görə, Oğuz 2 №li tam orta məktəb Fəxri fərmanla təltif edilib. Hər iki müsabiqənin qalibinə ATİAHİ Oğuz rayon komitəsi tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo