Əmək müqaviləsinə xitam verilmiş təhsil işçiləri ilə görüş keçirilmişdir
15 fevral 2022-ci il tarixdə ATİAHİ Oğuz Rayon komitəsinin tədbirlər planına uyğun olaraq 2021-2022-ci tədris ilinin I yarımilində çalışmanın yaş həddi ilə bağlı əmək müqaviləsinə xitam verilmiş təhsil işçiləri ilə görüş keçirilmişdir. Tədbirdə Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov, ATİAHİ Oğuz Rayon komitəsinin sədri Fərman İbrahimov, komitə və təhsil şöbəsi əməkdaşları və dəvət olunmuş təhsil işçiləri iştirak etmişlər. ATİAHİ Oğuz Rayon komitəsinin sədri Fərman İbrahimov və Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov çıxış edərək təqaüdə göndərilən təhsil işçilərinə səmimi arzularını bildirmişlər. Təhsil işçilərindən Kərimov Kərim, Hacıyev Xatun, Həsənov Nazim çıxış edərək belə bir tədbirin təşkilinə görə ATİAHİ Oğuz Rayon Komitəsinə minnətdarlıqlarını bildirmişlər. Tədbirin sonunda çalışmanın yaş həddi ilə bağlı əmək müqaviləsinə xitam verilmiş təhsil işçilərinə hədiyyələr təqdim olunmuşdur.