02 fevral 2022-ci il tarixdə ATİAHİ Oğuz Rayon komitəsinin tədbirlər planına uyğun olaraq "2 fevral Gənclər günü "münasibətilə tədbir keçirilmişdir.
Tədbir başlamışdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilmişdir. Tədbirdə Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov, ATİAHİ Oğuz Rayon komitəsinin sədri Fərman İbrahimov, komitə və təhsil şöbəsi əməkdaşları və gənclər iştirak etmişlər. ATİAHİ Oğuz Rayon komitəsinin sədri Fərman İbrahimov, Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov çıxış edərək gənclərə öz səmimi təbriklərini çatdırılmışlar. Gənc pedoqoji müəllimər, Məmmədli Şəbnəm, Zamanlı Aygün, Yusifli Fidan çıxış edərək tədbirin təşkilinə görə ATİAHİ Oğuz Rayon komitəsinə öz minnətdarlıqlarını bildirmişlər.Gənclərə qiyməti hədiyyələr təqdim olunmuşdur. Tədbir çay süfrəsi arxasında davam etdirilmişdir.