Oğuz rayonunda şəhid müəllim Rəvan Lətifovun anası Gültəkin xanımla görüş keçirilib. Görüşdə ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, əməkdaşı Sevinc Məsimova, rayon Təhsil sektorunun metodisti Günel Abdullayeva iştirak ediblər.
Rayon məktəbində müəllim olan Gültəkin xanım oğlu Rəvanla bağlı xatirələrini bölüşüb, əsasən onun elmə, təhsilə olan marağından, Vətənə məhəbbətindən söz açıb.
F.İbrahimov bildirib ki, xalqımız heç vaxt Rəvan kimi Vətən oğullarını unutmayacaq. Çünki onlar torpaq uğrunda canlarından keçiblər. Azərbaycan qalib ölkə olaraq bütün dünyaya səs salıb. Bu qələbənin təmin olunmasında şəhid olmuş bütün oğul və qızlarımızın əziz xatirəsi daim yaşayacaq.